Takaaki Kajita(Yaponca:梶田 隆章 ) - 2015-ci ildə Nobel mükafatına layiq görülən yapon fiziki. Kamiokande labarotoriyasında neytrinlər haqqında ekspedisiyaları ilə məşhurdur. Şəxsi həyatı Kajita 1959-cu il martın 9-da Higaşimatsuyamada anadan olmuşdur. Həyat yoldaşı Miçiko isə Toyomada anadan olmuşdur. Karyera Kajita Saytama Univesitetində təhsil almış və 1981-ci ildə universitetin məzunu olmuşdur. O, 1986-cı ildə Tokio Universitetində işləyərkən doktorluq dərəcəsi almışdır.1988 -ci ildən Kosmik Radiasiya Tədqiqat İnstitutunda çalışmağa başlamışdır. 1992-ci ildə professor assistenti, 1999-cu ildə isə professor adını almışdır. 1999-cu ildə Kajita Kosmik Radiasiya Tədqiqat İnstitutunun Kosmik Neytrinlər mərkəzinin direktoru seçilmişdir. 2015-ci ildən isə Kosmik Radiasiya Tədqiqat İnstitutunun direktoru kimi fəaliyyət göstərir. Mükafatları 1989: Kamiokande eksperimentlərinə görə Bruno Rossi Mükafatına layiq görülmüşdür. 2002: Panofski Mükafatı 1987: Asahi Mükafatı 1999: Nişina xatirə Mükafatı 2013: Julyo Wess Mükafatı 2015: Nobel mükafatı 2016: Əsas Fizika Mükafatı Xarici keçidlər

Panofsky Preis Verleihung des Julius Wess Preises 2013 mit Vortrag von Kajita KAGRA, the Latest "Gravitational Wave Telescope" Project, Commences via JST Science News 2012 Takaaki Kajita Quotes With Pictures

İstinadlar

Kateqoriya:Yaponiyalı Nobel mükafatı laureatları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Yaponiya fizikləri Kateqoriya:İmperator Mükafatının laureatları Kateqoriya:Fəlsəfə doktorları