“I’m Not the Only One” () — Britaniyalı müğənni və mahnı müəllifi Sem Smitin 2014-cü ildə çıxan “In the Lonely Hour” adlı debüt studiya albomundan olan dördüncü sinql. Mahnı Sem Smit və Ceyms Naper tərəfindən yazılmışdır.Sam Smith, (2014). In the Lonely Hour. [Album Liner & Credits]. Capitol Records/Method Recordings.

Mahnı haqqında məlumat Sinql, 2 iyul 2014-cü ildə ABŞ-də, 31 avqust 2014-cü ildə isə Böyük Britaniyada çıxıb. Sentyabrın 9-da sinqlın reper A$AP Rocky-nin iştirakı ilə yazılmış remiks versiyası çıxıb. "I’m Not the Only One" Birləşmiş Krallıqda “UK Singles Chart” hit-paradında üçüncü yerə kimi, ABŞ-nin “Billboard Hot 100” hit-paradında isə yeddinci yerə kimi yüksələ bilmişdir.

“I’m Not the Only One” klipinin rejissoru Lyuk Monahan olub. Klipin premyerası 1 avqust 2014-cü ildə YouTube-da keçirilmişdir. Klipdə “Xor” serialı və “Mən dördüncüyəm” filmi sayəsində məşhur olan aktrisa Dianna Aqron və “Mindi layihəsi” serialından olan aktyor Kris Messina çəkilib.

İstinadlar

Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında 36px|link=YouTube Mahnının rəsmi klipi

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2014-cü ilin sinqlları Kateqoriya:Sem Smit mahnıları Kateqoriya:2014-cü ilin mahnıları Kateqoriya:2010-cu illərin balladaları