Zeynəddin Dolqat oğlu Bilalov () — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub.
Həyatı Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub.
Karyerası 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi.
Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu.
2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi.
2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.80 metr nəticə ilə gümüş medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Zeynəddin Dolqat oğlu Bilalov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
İstinadlar
Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2000 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar