Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidə. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır. Hər il soyqırımın ildönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir.Ильхам Алиев принял участие в церемонии почтения памяти жертв Ходжалинской трагедии (2011)Ильхам Алиев принял участие в шествии по случаю 20-й годовщины Ходжалинского геноцида (2012)Ильхам Алиев принял участие в церемонии почтения памяти жертв Ходжалинской трагедии (2013)
Tarixi
150px|thumb|left|Müəllifi Elçin Muxtarov olan "Ana harayı" heykəli Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "…sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."
2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.
Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir: "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki,
Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub. Sadəcə birinci heykəldə ana körpəni başı üzərində, ikincidə isə qolları üstündə təsvir olunub. 26 fevral 2008-ci ildə yeni abidənin açılışı olmuşdur.
Abidənin təsviri
Birinci heykəl 1993-cü ildə qoyulmuş "Ana fəryadı" abidəsində Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırıb. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks edilmişdir. Sanki, eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir.
1993-cü ildə ucaldılmış abidədə ana ermənilərdən canını qurtarıb qaçan Xocalı qadınları kimi hərəkətlidir. Təsvir edilmiş ananın paltarı Xocalı qadınlarının min bir əzab-əziyyətlə qarlı-şaxtalı gecədə, meşələrdən, çaylardan keçib gəldiyini əks etdirir. Həmin abidədə qadın ayaqyalındır.
İkinci heykəl Abidə tunc və qara qranitdən hazırlanmışdır. Abidənin hündürlüyü 8.6 m, heykəlin hündürlüyü isə 3,2 m-dir. Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir olunmuşdur. Heykəlin hazırlanması zamanı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi fotolardan da istifadə olunmuşdur.
Abidənin postamentində yerləşdirilmiş barelyeflərdə soyqırımı zamanı öldürülmüş qadınlar, uşaqlar, qocalar, eyni zamanda ölmüş körpəni kamera ilə çəkən Çingiz Mustafayevin özü təsvir olunmuşdur. Postamentin aşağı hissəsində isə soyqırımı haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı qeyd edilmişdir.
İstinadlar
Həmçinin bax Xocalı soyqırımı
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Xocalı soyqırımı abidələri Kateqoriya:2008-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2008-ci ilin heykəlləri Kateqoriya:Aslan Rüstəmovun heykəlləri Kateqoriya:Uşaq heykəlləri Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Qarabağ münaqişəsi