Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur. 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb.
2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir. Bu 900 Nobel mükafatı laureatından 9-u milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir.
Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.
1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan polyak əsilli Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb. Bunlardan əlavə, onun qızı İren Jolio-Küri 1935-ci ildə kimya üzrə Nobel mükafatını əldə edib.
Fizika İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 190380px Mariya KüriVarşava, Rusiya imperiyası"Radiasiya hadisələrinin birgə tədqiqatlarında müstəsna xidmətlərinə görə". 190780px Albert MaykelsonStrlzelno, Prusiya krallığı"Dəqiq optik alətlərin yaradılmasına və onların köməyi ilə yerinə yetirilən spektroskopik və metroloji tədqiqatlara görə". 194380px Otto ŞternZorau, Almaniya İmperiyası"Molekulyar maqnit anının şüa metodunun inkişafı, protonun kəşfi və ölçülməsinə görə". 194480px İzidor RabiRımanuv, Avstriya-Macarıstan"Atom nüvəsinin maqnetik xüsusiyyətlərinin ölçülməsinin rezonans metoduna görə". 195480px Maks BornVrotslav, Almaniya İmperiyası"Kvant mexanikası üzrə fundamental tədqiqatlara, xüsusilə dalğavari funksiyanın statistik interpretasiyasına görə". 196380px Mariya Göppert-MayerKаtоviçе, Almaniya İmperiyası"Nüvənin qabıq strukturuna aid olan kəşfinə görə". 198580px Klaus fon KlitsinqSroda Velkopolska, Üçüncü Reyx"Holl kvant effektinin kəşfinə görə". 200480px Frank VilçekNyu-York, ABŞ"Güclü əlaqələr nəzəriyyəsində asimptotik azadlığın kəşfinə görə".
Kimya İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 191180px Mariya KüriVarşava, Rusiya imperiyası"Kimyanın inkişafında müstəsna xidmətlərinə - radium və polonium elementlərinin kəşfinə, radiumun ayrılması, bu elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsinə görə". 191880px Fris HaberVrotslav, Prusiya krallığı"Ammiakın onun tərkib elementlərindən sintezinə görə". 193180px Fridrix BerqiusVrotslav, Almaniya"Kimya sahəsində yüksək təzyiq metodlarının inkişafı və tətbiqi üzrə xidmətlərinə görə". 193580px İren Jolio-KüriParis, Fransa"Yeni radioaktiv elementlərin sintezinə görə". 195080px Kurt AlderÇorzov, Prusia"Dien sintezinin kəşfinə və inkişafına görə".
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 190180px Emil fon Berinqİlava, Prusia"Serum terapiyası işlərinə, xüsusilə onun difteriya müalicəsində tətbiqinə görə". 190880px Paul ErlixStrzelin, Prusiya krallığı"İmmunitetə dair işlərinə görə". 193980px Gerxard DomaqkLaquv, Almaniya imperiyası"Prontozilin antibakterial təsirlərinin kəşfinə görə". 195080px Tadeuş RayxştaynVlоçlаvеk, Polşa Çarlığı"Böyrəküstü vəz qabığının hormonları, onun strukturu və bioloji təsirlərinə dair kəşflərinə görə". 196480px Konrad Emil BloxSileziya, Almaniya İmperiyası"Xolesterin və yağ turşularının metabolizminin nizamlanmasına dair kəşflərinə görə". 199980px Günter BlobelNiegosławice, Üçüncü Reyx"Zülalların öz daşınmalarını və hüceyrədaxili yerləşməsini idarə edən iç siqnallara malik olduğuna dair kəşfinə görə".
Ədəbiyyat İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 192480px Vladislav ReymontKobele-Velke, Polşa Çarlığı"Möhtəşəm “Kişilər” milli eposuna görə". 1978 İsaak Başevis-ZingerLeonsin, Polşa Çarlığı"Öz polyak-yəhudi köklərinə əsaslanaraq, emosional yazıçılıq qabiliyyətinə görə". 198080px Çeslav MiloşŞeteni, Litva"Dünyanın dağıdıcı münaqişələrində insanların müdafiəsizliyini cəsarətli uzaqgörənliklə göstərdiyinə görə". 199980px Günter QrassQdansk, Sərbəst şəhər Dansiq"Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli obrazlarına görə".
Sülh İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 199580px Cozef RotblatVarşava, Polşa Çarlığı"Dünya siyasətində nüvə silahı rolunun azalmasına yönəldilmiş böyük nailiyyətlər və bu silah növünün qadağası naminə çoxillik səylərə görə".
İqtisadiyyat İl Şəkil Ölkə, Laureat Doğum yeri Töhfə 199480px Reynhard ZeltenVrotslav, Polşa"Qeyri-koalisiya oyunları nəzəriyyəsində tarazlığın təhlilinə görə".
Qeydlər Mariya Küri Nobel mükafatını iki dəfə alıb. Milliyyətcə polyak olan Nobel mükafatı laureatları: Mariya Küri, Henrik Senkeviç, Vladislav Reymont, İren Jolio-Küri, Çeslav Miloş, Lex Valensa, Vislava Şimborska, Günter Qrass, Frank Vilçek Nobel mükafaını aldığı zaman təmsil etdiyi ölkə. Ölkələrlə bağlı məlumatlar Nobel Cəmiyyətinin rəsmi saytı olan nobelprize.org saytından götürülmüşdür. Polyak əsilli Fransalı və Polşalı Nobel mükafatı laureatı. İndiki Polşa ərazisi. Pyer Küri ilə birlikdə. Yohannes Yensen ilə birlikdə. Polyak və italyan əsilli Amerikalı Nobel mükafatı laureatı. Devid Qross və Hyu Politser ilə birlikdə. Karl Boş ilə birlikdə. Polyak və fransız əsilli Fransalı Nobel mükafatı laureatı. Frederik Jolio-Küri ilə birlikdə. Otto Dils ilə birlikdə. İlya Meçnikov ilə birlikdə. Eduard Kendall və Filip Henç ilə birlikdə. Feodor Linen ilə birlikdə. Con Xarsani və Con Neş ilə birlikdə.
İstinadlar
Həmçinin bax İsrailli Nobel mükafatı laureatlarının siyahısı Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı
Kateqoriya:Polşalı Nobel mükafatı laureatları Kateqoriya:Ölkələrinə görə Nobel mükafatı laureatlarının siyahıları