Perkatkun qəsəbədi — keçmişdə mövcud olmuş qəsəbə. Hazırda onun ərazisi Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşirdi. Vrangel adasında mövcud olmuş üç yaşayış məntəqəsindən biri olmuşdur. Perkatkun qəsəbəsindən 20 km şimalda Zvyozdnıy qəsəbəsi yerləşir.

Qəsəbənin adı Çukçadan götürülmüşdürЛеонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан : Магаданское книжное издательство, 1989, стр 306.

Tarixi Vrangel adasında yaşayış məntəqələri 1920-1930-cu illərdə salınır. Uşakovun rəhbərliui ilə adaya daimi yaşamaq məqsədilə insanlar köçürülür. Perkatkundan əlavə Uşakovskoe və Zvyozdnıy qəsəbələridə salınmışdırВиноградов С. Во льдах его дороги. — М.: Политиздат, 1981.. Qəsəbədə dağ bülluru hasil edilirdi. Qəsəbənin yaradılması L. V. Qromov və M. T. Kiryoşinin rəhbərliyi ilə adaya təşkil edilən ekspedisiya zamanı 1939-cu ilin payızında ortaya atılır.Кестер Б. В. Арктический заповедник «Остров Врангеля». — Магадан.: Магаданское книжное издательство, 1980. — С. 29.. 1939/1940 illərdə Perkatkun dağında geoloji baza təşkil edilir. Qəsəbə Uşakovskoe və Zvyozdnıy yaşayış məntəqələri ilə torpaq yollarla birləşirdi.

Ekoturizm Hal-hazırda keçmiş qəsəbə ərazisindən Vrangel adasında olan turistik maşrut keçirEkoturizm.

İstinadlar

Kateqoriya:1960-cı illərdə yaranan yaşayış məntəqələri Kateqoriya:Vrangel adası