Fotoqrafiya xronologiyası - Fotoqrafiyanın və kinematoqrafiyanın inkişafında baş vermiş əsas hadisələr, fotoqrafiyanın inkişafına ciddi təsir göstərmiş kəşflər və ideyalar. X əsr - ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm tərəfindən kamera-obskuranın işləmə prinsipinin ilk dəfə izah olunması. 1727 - Rusiyada Bestujev-Ryumin tərəfindən günəş işığında müxtəlif duz tərkibli məhlulların rənginin dəyişdiyinin aşkar olunması. 1727 - Həkim və anatomiya professoru İohann Henrix Şults tərəfindən ilk dəfə gümüş nitratın işığa həssaslığının müəyyən edilməsi və təcrübə vasitəsilə təsdiq edilməsi. 1777 - Karl Vilhelm Şults tərəfindən mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunun sübut olunması. 1800 - Vilyam Gerşel tərəfindən infraqırmızı şüalanmanın mövcudluğunun kəşf olunması. 1816 - Şotlandiyalı Ser Deyvid Bryusterin işığın polyarlaşdırılmasından faydalanaraq kaleydoskop icad etməsi. 1822, 19 iyul - fransız alim Yozef Nisefor Niyepsi (Joseph Niepce) tətəfindən ilk dəfə foto təsvirin alınması. 1831 - Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti-fenakistiskop kəşf edilmişdir. 1834 - Alman alimi Yohann Varfolomey Trommsdorff (1770-1837) tərəfindən ilk fotokimya reaksiyasının keçirilməsi. 1835 - Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot gümüş nitrat və duzlu məhlulla qidalanmış kağızdan istifadə edərək foto təsvirin daşıyıcısı olan ilk neqativ yaratdı. 1837 - Fransız rəssamı və kimyaçısı Lui Jak Mande Dager tərəfindən duz məhlulunun köməyi ilə fiksajlama (neqativ), fiksaja salma (neqativi, şəkli) prosesiinin kəşf olunması. 1838 - Çarlz Uitston tərəfindən stereoskopik görüntu (stereotəsvir) prinsipinin təsvir edilməsi. 1839 - "Fotoqrafiya" terminindən ilk dəfə eyni vaxtda bir-birindən asılı olmayaraq iki astronom: ingilis alimi Con Gerşel və alman alimi İohann fon Medler istifadə etmişlər.Etymology of «photography» .. 1844 - Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot tərəfindən The Pencil of Nature adlı ilk foto illustrasiyalı kitabın nəşr edilməsi. 1847 - Şotlandiya fiziki Devid Bryuster tərəfindən stereofotokameranın kəşf olunması. 1851 - Kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi. 1852 = Georgi Eastman Kodak qurğularında 10 poza çəkə bilən bromürlə əhatələnmiş jelatin rulonlar olan Kodak foto qurğularını satışa çıxard; 1853, 20 yanvar -Böyük Britaniyalı fotoqraf Rocer Fenton tərəfindən dünyada ilk fotoqraflar cəmiyyəti olan Şəkillərin dili ilə tarixi insanlara göstərmək istəyirəm. medeniyyet.az, 31.07.2015 Kral Fotoqrafiya Cəmiyyətinin Azərbaycan fotoqrafı Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü seçilib. medeniyyet.az, 17.07.2015 əsasının qoyulması. 1854 - Rusiya ixtiraçısı İvan Fyodoroviç Aleksandrov tərəfindən ilk stereofotoaparatın konstruksiyası və patentləşdirilməsi. 1878 - "Fotoqrafiya” termininin ilk dəfə Fransa Akademiyasının lüğətinə daxil edilməsi. 1888 - Kodak firması tərəfindən içində 100 ədəd film olan fotoaparat qurğularının satışa çıxarılması. 1931, 7 noyabr - Nyu-Yorkda ilk infraqırmızı foto çəkilmişdir. 1934, 20 yanvar - Yaponiyada foto və görüntüləmə sistem texnologiyaları istehsalı ilə məşğul olan Fujifilm (yap. 富士フイルム株式会社) —şirkətinin əsasının qoyulması. 1947 - Parisdə Robert Kapanın ideyası əsasında başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları: Robert Kapa, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən beynəlxalq foto agentliyinin - (Maqnum Foto) yaradılması. 1961, 9 sentyabr - Yaponiyada mühəndis Mitixiro Yamaki tərəfindən fototexnika vasitələri (fotoaparatlar, çəkiliş obyektivləri, müxtəlif foto aksesuarlar və s.) istehsal edən "Sigma" kompaniyasının yaradılması. 2009, 31 oktyabr - Toronto şəhərinin sakinləri Oleq Qutsol və Yevgeni Çebotaryev tərəfindən 500xp adlı fotoqrafiya saytının əsasının qoyulması. Mənbə Фотография // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907. İstinadlar

Kateqoriya:Fotoqrafiya tarixi