Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 9km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Erməni mənbələrində Demirçilar kimi qeyd edilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78.
Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimiASE, III c. s.466Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.46 əsasında əmələ gəlmişdir.
XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. "Azərbaycanın coğrafi adlar" kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilirYüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları (oçerklər), Bakı, "Maarif", 1972. s.40.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Əhalisi Kənddə 1897-ci ildə 89 nəfər, 1908-ci ildə 420 nəfər, 1914-cü ildə 105 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149.
1916–18-ci illərdə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 89 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 144 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.79–149.
Kənd 1950-ci ilin axırlarında Evli heyvandarlıq sovxozuna birləşdirilmişdir. 1988-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri