Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası () - FX telekanalında yayımlanan, Bred Falçuk və Rayan Mörfi tərəfindən yaradılmış “Amerikan Qorxu Hekayəsi” teleserialının ikinci mövsümüdür. İkinci mövsüm 17 oktyabr 2012-ci ildən 23 yanvar 2013-cü ilə kimi yayımlanmışdır. İkinci mövsümdə yeni məkanlar və yeni personajların istifadə edilməsi ilə “Amerikan Qorxu Hekayəsi” antologiya serialı kimi təqdim edilmişdir.

İkinci mövsümdə hadisələr 1964-cü ildə Briarkliff Manorda uydurma psixi xəstəxanada baş verir və tədricən xəstəxana sakinlərinin keçmiş həyatları ilə qarışır. Birinci mövsümdə rol almış Frensis Konroy, Cessika Lanc, Dilan MakDermott, Sara Polson, Evan Piters, Zaxari Kuinto və Lili Reyb ikinci mövsümdə də rol almışlar.

Birinci mövsüm kimi, ikinci mövsüm də həm televiziya tənqidçiləri, həm də izləyicilər tərəfindən yaxşı qarşılanmışdır. Xüsusilə Cessika Lanc, Ceyms Kromvel, Zaxari Kuinto, Sara Polsin və Lili Reybin ifası yüksək qiymətləndirilmişdir. İkinci mövsüm bütün seriallardan çox – on yeddi nominasiyada Emmi mükafatına namizəd göstərilmiş, bunların arasında Əlamətdar miniserial nominasiyası, həmçinin Lanc, Polson, Kromvel və Kuinto üçün Miniserial və ya Filmdə Ən Yaxşı İkinci Dərəcəli Aktyor nominasiyaları da olmuşdur. Bundan əlavə, Kuinto və Polson müvafiq kateqoriyada 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatına da layiq görülmüşdür.

Baxmayaraq ki, serial antologiya xüsusiyyəti daşıyır, ikinci mövsüm aktyorlarından Lili Reyb, Naomi Qrossman və Con Kromvell bu mövsümdə canlandırdıqları personajları serialın “Bədheybətlər şousu” adlı dördüncü mövsümündə də eyni personajları canlandırmışlar.

Məzmunu

Amerikan qorxu hekayəsi serialının ikinci mövsümündə 1964-cü ildə ABŞ-nin Massaçusets ştatında yerləşən Briarkliff Ruhi Xəstəliklər İnstitutunda yaşayan xəstələr, həkimlər və tibb bacılarından bəhs olunur. Psixi xəstəlikləri olan cinayətkarların müalicə edilməsi üçün Monsenyor Timoti Hovard (Cozef Fayns) tərəfindən yaradılmış xəstəxananın saxlanmasında Cud bacı (Cessika Lanc) və Mari Yunis bacı (Lili Reyb) böyük rol oynayırlar. Psixiatr Dr. Oliver Tredson (Zaxari Kuinto) və alim Dr. Artur Arden (Ceyms Kromvel) xəstəxanada yerləşdirilmiş şəxsləri müalicə edirlər. Xəstələr arasında lezbiyan jurnalist Lana Uinters (Sara Polson), ehtimal edilən seriya qatili Kit Uolker (Evan Piters) və qatil olması güman edilən Qreys Bertrand (lizzi Broşere) də var.

Əvvəllər gecə klubunda müğənni kimi çalışmış Cud bacı 1949-cu ildə gecə vaxtı işdən evə gələrkən sərxoş halda avtomobilin qarşısına çıxmış azyaşlı qız uşağını vuraraq öldürür. Buna görə də o, rahibə olur və daha sonra Briarkliffdə çalışmağa başlayır. Utancaq gənc rahibə Mari bacı isə zəhmli Cud bacıdan çəkinir. Sonradan başqa bir xəstənin bədənindən şeytan qovulması zamanı şeytanın ələ keçirdiyi Mari bacı qəddar və qəzəbli insana çevrilir. O, Cud bacının yaddaşına təsir etməyə çalışır və Cud öldürdüyü qızın ailəsi ilə görüşmək qərarına gəlir. Lakin, orada Cud bacı öyrənir ki, qəza zamanı qız ölməyib, yalnız bir neçə sümüyü sınıb. Cud bacı qərara gəlir ki, Tanrının hər kəs üçün planı var və onun rolu Briarkliffdə qalmış şeytanların məhv edilməsidir.

Xəstəxanadakı qəddarlar arasında isə sadist alim Dr. Arden və gizli seriya qatili Dr. Tredson da yer alır. Keçmiş faşist olan Dr. Arden xəstələr üzərində gizli təcrübələr apararaq onları bədheybətlərə çevirir. Kit Uolkerin psixi vəziyyətini müəyyənləşdirmək tapşırığı almış Dr. Tredson isə özü çoxsaylı qətllər törədir. Kit həyat yoldaşı Almanın (Britni Oldford) yad planetlilər tərəfindən qaçırıldığına inanır. Lakin, Dr. Tredson müsahibə zamanı onu qatil olduğuna inandırır və söhbətlərini yazır. Bu səsyazısı əsasında Kit həbs olunsa da, sonradan qaçmağa nail olur.

Dr. Tredson Briarkliffin sirrlərini açmağa gəlmiş, lakin xəstə kimi burada həbs edilmiş digər bir şəxs Lana Uinterslə də məşğul olur. Uinters Cud bacının təhdidlərindən sonra onu tərk etmiş Vendi (Kle Düvall) ilə əlaqədə olur. Lana Tredsondan Vendi ilə əlaqə saxlamağa kömək etməyi xahiş etdikdə, onun Vendini öldürməsi məlum olur. Əvvəlcə Tredson Lanaya qatilin itdiyini deyir. Tredson Lanaya xəstəxanadan qaçmağa kömək etsə də, sonrada o, həkim haqqında həqiqəti öyrənir. Dr. Tredson Lananı öz evində həbs edərək həyatını ona danışır və Lananı dəfələrlə zorlayır. Lakin, Lana qaçamağa nail olur. Sonradan Lana Dr. Tredsondan hamilə olduğunu öyrənir.

Həyat yoldaşının itdiyi və ya öldürüldüyünü düşünən Kit xəstəxanada Qreys Bertrandla yaxınlıq edir. Qreys atası tərəfindən cinsi təcavüzə məruz qaldığına və ögey anası buna göz yumduğuna görə bütün ailəsini öldürmüş şəxsdir. Kitin həbs ediməsindən əvvəl onlar arasında cinsi əlaqə yaşanır. Lakin, Kitin arvadı kimi, Qreysi də yad planetlilər oğurlayır, daha sonra isə qaytarırlar. Onlar birlikdə Briarkliffdən qaça bilirlər və Kitin keçmişdə yaşadığı evə gəlirər. Burada onlar Almanın öz uşağı ilə yaşadığını müəyyən edirlər və onlar birlikdə poliqam həyat sürməyə başlayırlar.

Şeytan tərəfindən ələ keçirilmiş Mari bacı Cud bacını vəzifəsindən uzaqlaşdıra bilir. Dr. Ardenin köməyi ilə o, Briarkliffi öz nəzarəti altına alır. O, Mpnsinyor Hovardın zəif tərəflərindən istifadə etməyə çalışır, Monsinyor isə onun bədəninə girmiş şeytanı qovmağa cəhd edir. O, Monsinyor Hovarda cinsi təcavüz edir, sonra rahib onu üçüncü mərtəbədən itəliyərək ölməsinə səbəb olur. Dr. Arden Mari bacının cəsədi ilə birlikdə özünü də yandırır. Lana Dr. Tredsonun evinə gələrək ona psixoloji təsir edir. O, deyir ki, polisə hər nə desə də onu psixi xəstə olduğuna görə həbs etməyəcəklər. Lana Tredsona onun sonuncu qurbanı olacağını deyərək atəş açır. Bizim dövrümüzdə Lana artıq məşhur və yaşlı jurnalist kimi təqdim olunur.O, müsahibə verərək kitabı və Briarkliff haqqında danışır. Kit Cud bacını xəstəxanadan qaçıraraq öz ailəsinə qəbul edir. Bir neçə ay sonra o vəfat edir. Alma yad planetlilərlə bağlı fikirlərinə görə havalanaraq Qreysi öldürür və Briarkliffə göndrilir, elə burda da vəfat edir. Müsahibədən sonra uşaq ikən imtina etdiyi və artıq böyümüş oğlu Conni ilə qarşılaşır. Conni anasına onu öldürərək atasının yarımçıq qalmış işini tamamlayacağını bildirir. Lana Conninin başına atəş açaraq onu da öldürür. Rollarda

Əsas

Zaxari Kuinto - Həkim Oliver Tredson Cazef Fayns - Monsinyor Timoti Hovard Sara Polson - Lana Uinters Evan Peters - Kit Uolker Lili Reyb - Mari Yunis MakNi bacı Lizzi Broşere - Qreys Bertrand Ceyms Kromvel - Həkim Artur Arden Cessika Lanc - Cud Martin bacı

Qonaq ulduzlar

Xloya Seviqni - Şelli Yan MakŞeyn - Leya Emerson

Müvəqqəti aktyorlar

Naomi Qrossman - Pepper Fredrik Len - Frenk Klea DüVall - Vendi Peyser Britni Oldford - Alma Uolker Cenna Devan-Tatum - Tereza Morrison Dilan MakDermott - Conni Morqan Frensis Konroy - Şaxat:Ölüm mələyi Adam Levin - Leo Morrison Mark Engelhart - Karl Barbara Tarbuk - Baş rahibə Klaudiya Mark Konsulos - Spivi Mark Margolis - Sem Qudvin Franka Potente - Anna Frank / Şarlotta Braun

Seriyalar {|class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background:#141414; width:5%"|SerialdaNo. ! style="background:#141414; width:5%"|MövsümdəNo. ! style="background:#141414; width:20%"|Ad ! style="background:#141414; width:17%"|Rejissor ! style="background:#141414; width:24%"|Ssenari ! style="background:#141414; width:13%"|Orijinal efir vaxtı ! style="background:#141414; width:7%"|İstehsal kodu ! style="background:#141414; width:9%"|ABŞ izləyiciləri(milyon)

İstehsal İnkişaf

2011-ci ilin oktyabrında “FX Network” teleserialın ikinci mövsümünün çəkiləcəyini elan etdi. 2011-ci ilin dekabrında serialın yaradıcılarından biri olan Rayan Mörfi ikinci mövsümdə personajlar və yerlərin dəyişdirilməsi haqqında planlarından bəhs etdi. O, bildirir ki, ola bilsin ki, birinci mövsümdə rol alan aktyorların bəzilərini ikinci mövsümdə də görmək mümkün olsun. “Seriala geri qayıdan aktyorlar tamamilə fərqli personajlar, varlıqlar, bədheybətlər və sair canlandıracaqlar. [Harmonların] hekayəsi başa çatıb. Qayıdan aktyorlar isə tamamilə yeni obrazları oynayacaqlar” deyə o, elan edirdi.

2012-ci ilin mayında Mörfi bildirdi ki, ikinci mövsümdə hadisələr 1960-cı illərdə, İst-Kostda, Briarkliff adlandırılan və Cessika Lancın canlandırdığı personajın çalışdığı psixoloji xəstəxanada cərəyan edəcək. “Entertainment Weekly” jurnalına müsahibəsində Mörfi əslində ikinci mövsümün həbsxanada çəkilməsini istədiyini bildirir: “İkinci mövsüm üzərində işləyərkən, psixi xəstəxana ideyası üzərində dayanmazdan əvvəl bir müddət biz konkret olaraq həbsxanadan bəhs edirdik, lakin sonradan bizim bu ideyamız “Alkatraz” serialı tərəfindən oğurlandı. Bu ideya heç vaxt ram olmasa da mənim xoşuma gəlirdi. Lakin fikrimcə, psixi xəstəxana ideyası bizim üçün daha effektiv oldu.”

İkinci mövsümdən bəhs edərkən Mörfi qeyd edir: “Bu tamamilə fərqli bir dünyadır və birinci mövsümlə heç bir əlaqəsi yoxdur; burada ümumiyyətlə birinci mövsümdən bəhs edilmir...İkinci mövsüm tamamilə fərqli dövrü təsvir edir.” Sonradan o, qeyd edir: “Hər kəs çox fərqli görünür, keçən il düşmən olanlar, bu il müttəfiq olacaqlar. Heyət möhtəşəmdir. Bu, 1964-cü ildir, ona görə də hər şey tamamilə fərqli görünür.”

“TV Guide”-a müsahibəsində isə Mörfi qeyd edir ki, ikinci mövsümdə heç bir ruh olmayacaq: “Məncə hekayə çox qorxuludur” deyə, o, əlavə edir. “Psixi xəstəxanada baş verən hadisələr həqiqətin uydurmadan daha qorxunc olduğunu göstərir.”

2012-ci ilin avqustunda mövsümün adını elan edən Mörfi qeyd edir: "Biz “Psixi xəstəxana”nı yalnız ona görə seçməmişik ki, Cessika Lancın əvvəl tuberkulyoz xəstəsi olmuş personajının sığınacağını yaxşı xarakterizə edir, həm də ona görə seçmişik ki, bu yer sevilməyənlər və arzulanmayanların sığınacağıdır.” “Bu ilin mövzusu real həyat qorxularının təsirləri və həllidir.”

İkinci mövsümdə, əvvəlki mövsümdə məsləhətçi prodüser olmuş Tim Minear icraçı prodüser kimi çalışmağa başlamış, həmçinin birinci seriyadan başlayaraq ssenari yazılmasında iştirak etmişdir. O, həmçinin, mövsüm finalının ssenari müəllifidir.

Aktyor seçimi

2012-ci ilin martında Mörfi ikinci mövsümün Cessika Lancın peronajı ətrafında konseptuallaşdırılacağını elan edərək deyir: “Bu həqiqətən də Cessika Lancın şousudur və buna görə də həyəcanlanıram. Biz Konstans xarakterini kimi bu xarakteri də onun üçün yaratmışıdıq. Biz onunla müxtəlif məsələləri müzakirə etdik. Onun çoxlu ideyaları var idi və personaja bir çox əlavələr etdi. O, aktrisa kimi həmişə canlandırmağı arzuladığı bəzi xüsusiyyətlərdən bəhs etdi.” İkinci mövsümdə Cessika Lanc sadist rahibə Cud bacını canlandırır. 2012-ci ilin martında birinci mövsümdə köməkçi personajlardan Çad obrazını canlandıran Zaxari Kuintonun ikinci mövsümdə əsas rollardan birini canlandıracağı elan edildi. O, Cud bacının metodlarına qarşı olan novator müalicə üsullarından istifadə edən Həkim Oliver Tredson personajını canlandırır. Yeni obrazını əvvəlki personajı ilə müqayisə edərkən o deyir: “O, həddən artıq novator və nəzarətçildir.” “PaleyFest 2012”-də Evan Piters, Sara Polson və Lili Reybin ikinci mövsümün aktyor heyətində olacağı təsdiqləndi. Polson lezbiyan jurnalist Lana Uintersi canlandırır. Onun partnyoru Cud bacı tərəfindən şantaj edilir. Reyb Cud bacıya sadiq olan, lakin sonradan bədəni şeytan tərəfindən ələ keçirilən Mari Yunis bacını canlandırır. Piters həyat yoldaşı Almanı (Britni Oldford) öldürməkdə şübhəli bilinən, lakin onun yad planetlilər tərəfindən qaçırıldığına inanan Kit Uolkeri canlandırır. Mörfi qeyd edir ki, “birinci mövsümdə pis oğlan rolunu canlandırmış” Piters ola bilsin ki, ikinci mövsümdə müsbət personajı canlandıracaq.