Kiçik Camışlı () — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.80 qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adıİbrahimov (Şahin) T.Ə.Qaşqaylar, Bakı, «Elm», 1988. s.29 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Həmçinin bax Camışlı Böyük Camışlı
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Talin kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri