Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Çiraxlu formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.285 qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adı Çıraxoğlukənd formasında da göstərilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90.
Toponim qədim sirak türk etnoniminin235, s.23-24 bir variantı olan çırak (çirax) etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Onu da deyək ki, Çiraxlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudurQeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, səh. 81.
Əhalisi Kənddə 1873 - cü ildə 21 nəfər, 1886-cı ildə 20 nəfər, 1897-ci ildə 31 nəfər, 1904 - cü ildə 41 nəfər, 1914 - cü ildə 45 nəfər, 1916-cı ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159.
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk edənlər öz doğma dədəbaba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 40 nəfər, 1926-cı ildə 15 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1929-30 - cu illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1930 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:1930-cu ildə ləğv olunanlar