Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Nümunələr
Nənəm, a narış qoyun, Yunu bir qarış qoyun. Bulamanı tez yetir, Gözləyir uşaq, qoyun.
Balaca – balaca çəpişlər Yovşanın başın dişlər Gedər yaylağı gəzər Gələr aranda qışlar.
Dağlardan endi qoyun Dolaşdı bəndi qoyun Süd-qaymağı bol eylə Sevindir kəndi qoyun.
Mənbə Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Şifahi xalq ədəbiyyatı Azərbaycan türklərinin xalq yaradıcılığı
Kateqoriya:Şifahi xalq ədəbiyyatının janrları Kateqoriya:Azərbaycan köçəri həyatı