Platelyay gölü (: Plateliu ežers) — Jemaytiya regionunun ən böyük, Litvanın isə ən böyük 9-cu gölü. Göl Jemaytiya Milli Parkında yerləşir. Sahədi 12 km², ən dərin yeri isə 47 metr təşkil edir. Göldə 7 ada yerləşir, bu adalarında birində qəsr tikildiyindən həmin ada Qəsr adası adı ilə tanınır. Arxeoloqlar burada iki qəsrin qalıqlarını tapmışdırlar və onların Bona Sforsa qəsrinə aid olduğunu güman edirlər. Archeologai ieškos nuskendusių salų, ELTA, July 2, 2005. Delfi.lt. Accessed 8 aprel 2016. Göldə dalğıclıq və yaxta klubları fəaliyyət göstərir. Gölün qərb sahilində Platelyay qəsəbəsi yerləşir.
Platelyay gölü bir neçə tədbir ilə məşhurdur. Burada 2002-ci ildə Roko naktys () festivalı keçirilir. Lakin Platelyay qəsəbəsi 4000 qonağın ehtiyaclarını qarşılaya bilmədiyindən festivalın keçirildiyi yerin dəyişdiriləcəyi görünür. "Roko naktys" šiemet Plateliuose vyks paskutinį kartą, Delfi.lt, July 31, 2006. Accessed 8 aprel 2016. 25 il boyunca göl marafon yarışları üçün istifadə olunmuşdur. 2006-cı ildə rekord sayda iştirakçı qeydə alınmışdır: 21 nəfər 3,5 kilometr məsafəni, 154 nəfər isə 1,8 km məsafəni üzmüşdür. Justė Radzevičiūtė, Platelių plaukimo didįjį maratoną laimėjo G.Sikorskytė ir V.Volodko. Delfi.lt, July 30, 2006. Accessed 8 aprel 2016.
Göl sualtı arxeologiyası üçün maraqlı nümunələrdən biridir. Alimlər düşünürlər ki, keçmişdə suyun səviyyəsi daha alçaq olub, su səviyyəsinin yüksəlməsi nəticəsində bir neçə ada su altında qalmışdır. Məsələn, 2002-ci ildə dalğıclar üzərində "L" hərfinə bənzər işarələr olan daş tapmışdırlar. Bu daş daha kiçik daşlarla əhatələnmişdir və belə nəzəriyyə ortaya çıxmışdır ki, bu, bütpərəstlər tərəfindən ibadət yeri kimi istifadə olunmuşdur. Asta Buitkutė, Platelių dugne - mįslingas akmuo. Lietuvos rytas, July 25, 2002. Delfi.lt. Accessed 8 aprel 2016. 2002-ci ildə arxeoloqlar gölün dibində uzunluğu 5,5 metr olan, Böyük Vitovt dövrünə aid olduğu güman edilən 3 qayıq aşkarlamışdırlar. Iš Platelių ežero bus iškelta senovinė valtis-luotas, BNS, July 5, 2002. Delfi.lt. Accessed 8 aprel 2016.
Göldən elə də uzaqda olmayan meşənin içində Soyuq müharibə muzeyi fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax Litva gölləri
Xarici keçidlər
Jemaytiya Milli Parkı: Göllər Dalğıclıq marşrutları şəkillərlə.
Kateqoriya:Litva gölləri