Marina Nekrasova () — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı.
Karyerası Marina Nekrasova 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Olqa Barlalavadır.
Rusiyada ciddi rəqabətə görə Marina Nekrasova yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) Marina Nekrasovanı Azərbaycan yığmasının heyətinə cəlb etdi. Həmin ildə Marina Nekrasova Azərbaycan Çempionatının qalibi oldu.
Marina Nekrasova 2015 və 2019-cu illərdə Azərbaycanı Avropa Oyunlarında təmsil etdi. 2016-cı ildə AGF Trophy beynəlxalq turnirinin bürünc medalına sahib olan Marina Nekrasova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
2019-cu ilin iyulunda İtaliyanın Neapol şəhərində Universiada Oyunlarının qalibi olan Marina Nekrasova daha sonra Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
Marina Nekrasova 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Marina Nekrasova ümumi nəticədə təsnifat mərhələsini 48.232 balla 70-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də Marina Nekrasova final mərhələsinə vəsiqə qazana bilmədi.
İstinadlar
Kateqoriya:Azərbaycanın idman gimnastları Kateqoriya:Azərbaycanın olimpiya gimnastları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2019 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar