Əminə binti Vəhb (, ) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası.
Həyatı Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Əbva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.
İstinadlar
Həmçinin bax Məhəmməd
Kateqoriya:Məkkədə doğulanlar Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:VI əsr qadınları