Arpi gölü () daha əvvəllər Arpa adlanan, Ermənistanda yerləşən göldür. Su ehtiyatlarına görə Ermənistanda ikinci yeri tutur. Göl dəniz səviyyəsindən 2023 m hündürlükdə yerləşmişdir. Şirak mərzinin Aşotskom rayonunda yerləşmişdir. Göl Göyçə gölü ilə yanaşı yeganə xalq təsərrüfatı əhəmiyyətli göldür.

Yaxın illərdə gölün ətrafında Arpi gölü Milli Parkının yaradılması planlaşdırılır. Layihənin əsas məqsədi ərazinin flora və faunasının qorunmasıdır.

Təsviri 1946- 1951-ci illər arasında Arpi gölünün su ehtiyatının artması məqsədilə gölün su ehtiyatı süni şəkildə artırılmışdır.Beləliklə Gölün ümumi sahəsi 4,5 km²-dən 22 km²-ə qədər atrırılmışdır. Həcmi isə 100 milyon m³-a çatdırılmışdır. Hal-hazırda göldə balıq vətəgələri genişləndirilir və göldən elektrik enerjisinin alınması planlaşdırılır.

Göldən Axuryan çayı axır və gölün iqlimi kontinental iqlimdir.

Fauna Göl ərazisində quşların 100-dən çox növü yaşayır. Onlardan bəziləri Qırmızı Kitaba daxil edilmişdir.

Göl ərazisində su quşlarına daha çox rast gəlinir: fitçalan ördək (Anas crecca), kiçik maygülülər (Tachybaptus ruficollis), ağ leylək (Ciconia ciconia), yaşılbaş ördək (A. platyrhynchos), qırmızıbaş qaraördək (Aythia ferina), kəkilli qaraördək (A. fuligula), qırmızı anqut (Tadorna ferruginea), dəniz yağışcüllütü (Charadrius alexandrinus), su tənbəlcüllütü (Gallinago gallinago), böyük su tənbəlcüllütü (G. media), Ermənistan qağayısı (Larus armenicus), Sternula albifrons. Qırmızı kitaba düşmüş su quşları: qıvrımlələk qutan (Pelekanus crispus), qara leylək (Ciconia nigra), adi ala ördək (Tadorna tadorna) və boz durna (Grus grus).

Flora Gölün ətrafında daha çox dovşan qumotuna və qamışa rast gəlinir. Yox olan növlər: Iris sibirica, kirəmit qarğasoğanı və sferik traunşteynera.

İstinadlar

Kateqoriya:Ermənistan qoruqları Kateqoriya:Ermənistan gölləri Kateqoriya:Ermənistan su anbarları Kateqoriya:Dağ gölləri Kateqoriya:Arazın hövzəsi