Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor.
Həyatı Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi.
Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi. Fars əyalətində Qaşqay və digər ellərin çıxışını yatırmışdı. Loristan, Mükran və Kirman ordularına başçılıq etmişdi.
Mehdiqulu xan Tacbəxş 1939-cu ildə Əhməd Mətin-Dəftərinin kabinəsində İranın Əkinçilik idarəsinin rəisi olmuşdu. 1942-ci ildə yenidən Loristan əyaləti hərbi hissələrinin komandanı olmuşdu.
Mehdiqulu xan Tacbəxş 1951-ci ildə vəfat edib.
Mənbə
Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Həmçinin bax Qacarlar İran jandarması
Xarici keçidlər Mehdiqulu xan Tacbəxş: zəka və zəhmin tacı
Kateqoriya:Dəvəlilər Kateqoriya:İran generalları Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran Qacarları