Kosovo Futbol Federasiyası (, ) və ya qısaca KFF — Kosovoda futbola nəzarət edən rəsmi qurum. Baş ofisi paytaxtda – Priştina şəhərində yerləşir. Federasiyaya Fadil Vokri rəhbərlik edirdi.
Tarixi Kosovo Futbol Federasiyasının yaranma tarixi 1946-cı ildən başlayır.
UEFA-ya üzvlük 2016-cı il may ayının 3-də Macarıstanın paytaxtı Budapeştdə quruma üzv olan bütün milli assosiasiyaların iştirakı ilə keçirilmiş UEFA-nın 40-cı Növbəti Konqresində Kosovonun UEFA-ya üzvlüyü müzakirə edilib. Səsvermədə 54 səsdən Kosovonun üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib; 2 bülleten isə etibarsız sayılıbUEFA-nın 55-ci üzvü Kosova oldu . fanat.az, 03.05.2016 . Səsvermdən sonra Kosovo UEFA-ya daxil olan 55-ci ölkə kimi tanınmışdır.Kosova UEFA-ya üzv qəbul olundu . qafqazinfo.az, 03.05.2016
FİFA-ya üzvlük UEFA-dan sonra FİFA da bu ölkənin üzvlüyü məsələsinə baxılmışdırKosovo və Cəbəllütariq FİFA-ya üzv qəbul olunublar. apa.az, 14.05.2016. 2016-cı ilin mayın 11-13-ü tarixlərində Meksikanın paytaxtı Mexikoda keçirilmiş FİFA-nın 66-cı konqresində bununla bağlı səsvermə keçirilmişdir. Səsvermənin nəticələrinə əsasən, 141 federasiya Kosovonın FİFA üzvü seçilməsinin lehinə, 23 federasiya isə əleyhinə səs vermişdir. Nəticədə dünya futbol ailəsinə qəbul edilən Kosovo FİFA-nn 210-cu üzvü olmuşdur.
Beləliklə, Kosovo milli komandası DÇ-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə etmişdir.
Yarışlar Kosovo Futbol Federasiyası 8 müsabiqənin təşkilatçısıdırNew competition system approved by FFK (FFK) (May 18, 2009). Həmin yarışlar bunlardır: Superliqa – 12 klubdan ibarətdir. Liqa e Pare (Birinci liqa) – 16 klubdan ibarətdir. Liqa e Dite (İkinci liqa) – 2 qrupdan ibarətdir: Liqa e Dite Grupi i Veriut (İkinci liqanın Şimal qrupu) Liqa e Dite Grupi i Juqut (İkinci liqanın Cənub qrupu) Superliqa - Femra Superliqa - Junioret Liqa e Pare - Junioret Futzal Futbol üzrə Kosovo Kuboku
Milli komandalar Kosovo Futbol Federasiyası bu milli komandaların fəaliyyətini təşkil edir: Kosovo milli futbol komandası Kosovo U-21 milli futbol komandası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kosovoda futbol Futbol Kateqoriya:1946-cı ildə yarananlar Kateqoriya:UEFA-nın üzv assosiasiyaları Kateqoriya:Futbol təşkilatları