Vivyen Vestvud (; ) — İngiltərəli modelyer. O, pin-up, pank və digər stil mədəniyyətlərini dəb ilə birləşdirən dizaynerdir. Vestvud 1971-ci ildə İngiltərədə sevgilisinin geyim mağazasında öz dizaynlarını satmağa başladı. 1981-ci ildə ilk kolleksiyasını yaratdı.

Həyatı Uşaq yaşlarından rəssamlıq məktəbində təhsil alan Vivyen Derek Vestvud ilə ailə qurur və bu evlilikdən Roz və Ben adlarında iki övlad sahibi olur. İlk həyat yoldaşından ayrılmasına baxmayaraq o, soyadını dəyişmir və səbəb olaraq da dünyada artıq bu adla məşhur olmasını göstərir. İkinci ailə həyatı Sex Pistols qrupunun üzvü Malkolm Maklaren ilə olur və bu evlilikdən də Cosef adlı bir oğlu dünyaya gəlir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya modelyerləri Kateqoriya:Birləşmiş Krallıq brendləri