Əlinasir Fərzulla oğlu İmanlı () — Azərbaycan publisist və rejissoru.

Həyatı Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib.

Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İstitututda qalaraq elmi işçi kimi çalışıb.

Kitabları Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh. Üç kəndin bir tarixi, Bakı, "Nasir", 1996, 200 səh. İman İşığında. Bakı. 2006. 200 səh.

Filmoqrafiya Fermerlərin dostu "EMA" (sənədli film. 2007) Qars müqaviləsi və Tağı bəy səfiyev (sənədli film. 2011) Naxçıvan Soyqırımı (sənədli film. 2009) Zəngəzur qartalı (sənədli film, 2012) Ucalıq düsturu (sənədli film, 2012) Burdan bir atlı keçdi (sənədli film. 2012) Kürün mənsəbində soyqırım (sənədli film. 2012) Təbiətin sehri (sənədli film, 2014) Vətən keçilməz (sənədli film. 2014) Şiralı adlı Şirxan (sənədli film. 2015) İlhamlı günlərimiz (sənədli film. 2015) Güllələrin yazdığı avtoqraf (sənədli film, 2015) Bu Vaqif Şadlinskidir (sənədli film, 2015) Sarı simin sızıltısı (sənədli film, 2016) İlahi nurun pərvanələri (sənədli film. 2016) Gedənlər qayıdır (sənədli film. 2016) Son zəngin ritmləri (sənədli film. 2017)

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Neftçala rayonunda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları