Henri Bessemer () — ingilis mühəndisi və ixtiraçısı.

Həyat və fəaliyyəti O ilk dəfə olaraq poladın ucuz qiymətə istehsal olunması üçün üsul təklif etmişdir. Bunu üçün o "Bessemer sobasını" ixtira edir. Əsas yenilik proses zamanı dəmir filizni sobaya verilən isti havanın köməyi ilə permanent qızdırmaqdan ibarət idi. 1856-cı ildə o, maye çuqundan polad və dəmir alınması üsulunu ixtira etmişdi. Bessemer 100-dən çox ixtiranın müəllifidir. Onun ixtiralarına markaların ştamplanması üçün alət, şəkər çuğunduru sıxan maşın (1849), çentrifuqal nasos (1850) və s. aiddirlər.

Henri Bessemer tökmə ustasının oğlu kimi dünyaya gəlir. Məktəbi bitirdikdən sonra atasının sexində işə başlayan Bessemer metalların tökülməsi və mexaniki emal texnologiyasının əsaslarını öyrənir. 1879-cu ildə o pensiyaya çıxarır və Kral Cəmiyyətinin (Royal Society) üzvü seçilir.

Bessemer ömrünün sonuna yaxın öz tərcümeyi-halını yazır. Bu kitab onun vəfatından sonra, 1905-ci ildə çap olunmuşdur.

Elmi əsərləri Henry Bessemer, F.R.S., an autobiography. Institute of Metals, London, 1989, ISBN 0-901462-49-7 (Londonda çıxmış 1905-ci il nüsxəsi əsasında sonradan çap olunmuşdur)

İstinadlar

Xarici keçidlər Eintrag im Archiv der Royal Society

Kateqoriya:İngiltərə mühəndisləri Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Birləşmiş Krallıqda vəfat edənlər Kateqoriya:İxtiraçılar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri