Dostluq üçün futbol () — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanıninserbia.info/today/2014/04/gazproms-football-for-friendship-2014 müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur.
Tarixçə
Dostluq üçün futbol 2013 "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edibhttps://web.archive.org/web/20150522172830/http://www.london24.com/sport/football/clubs/chelsea/chelsea_and_minister_for_sport_hugh_robertson_back_football_for_friendship_programme_1_2192621. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilərhttps://archive.today/20150515191023/http://fcbusiness.co.uk/news/article/newsitem=2379/title=franz+beckenbauer+kicks+off+gazprom%92s+%91football+for+friendship%92+campaign.
Forum zamanı uşaqlar başqa ölkələrdən olan yaşıdları, məşhur futbolçular ilə söhbət edib, həmçinin "Uembli" stadionunda 2012/2013 UEFA Çempionlar liqasının finalında iştirak ediblər
Forumun nəticəsi olan açıq məktubda uşaqlar proqramın səkkiz dəyərini: dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə və ənənələri qeyd etdilər. Sonra məktub UEFA, FİFA və BOK rəhbərlərinə göndərildi. 2013-cü ilin sentyabrında Vladimir Putinlə və Vitaliy Mutkoyla görüş zamanı, Yozef Blatter məktubun alınmasını təsdiq edib və bəyan edib ki, "Dostluq üçün futbol"u dəstəkləməyə hazırdırhttps://web.archive.org/web/20150522173321/http://www.epochtimes.de/service/vladimir-putin-und-fifa-praesident-joseph-s-blatte-bei-football-for-friendship-222.
Dostluq üçün futbol 2014 "Dostluq üçün futbol" proqramının ikinci mövsümü 2014-cü ildə 23–25 mayda Lissabonda keçirildi və 16 ölkədən: Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Fransa və Xorvatiyadan 450-dən çox yeniyetmə topladı. Yeniyetmə futbolçular "Dostluq üçün futbol" beynəlxalq forumunda, küçə futbolu üzrə yarışda və 2013/2014 UEFA Çempionlar liqasının finalında iştirak etdilər.
2014-cü ildə küçə futbolu üzrə Beynəlxalq turnirin qalibi "Benfika" (Portuqaliya) yeniyetməyeniyetmə komandası oldu.
Proqramın ikinci mövsümünün nəticəsi kimi "Dostluq üçün futbol" hərəkatının liderinin seçilməsi zamanı Portuqaliyadan Filip Suares seçildi. 2014-cü ilin iyununda hərəkatın lideri kimi o, Yuriy Andreyeviç Morozovun xatirəsinə futbol üzrə doqquzuncu beynəlxalq yeniyetməyeniyetmə turnirində iştirak etdi.
Dostluq üçün futbol 2015 "Dostluq üçün futbol" Beynəlxalq sosial proqramın üçüncü mövsümü 2015-ci ilin iyununda Berlində keçirildisputniknews.com/sport/20150610/1023169435.html. Asiya qitəsinin yeniyetmə nümayəndələri – Yaponiya, Çindən və Qazaxıstandan uşaq futbol komandaları ilk dəfə olaraq proqramın iştirakçıları oldular. Üçüncü mövsümdə 24 ölkədən 24 futbol klubunun yeniyetməyeniyetmə komandaları iştirak etdilər.
YeniyetməYeniyetmə futbolçular başqa ölkələrdən olan yaşıdları və dünya futbolunun ulduzlarıyla, həmçinin proqramın qlobal səfiri Frans Bekkenbauer ilə söhbət etdilər, həmçinin yeniyetmə komandalar arasında küçə futbolu üzrə Beynəlxalq yarışda iştirak etdilər. 2015-ci ildə küçə futbolu üzrə Beynəlxalq turnirin qalibi "Rapid" (Avstriya) yeniyetməyeniyetmər komandası oldu.
"Dostluq üçün futbol" proqramının üçüncü mövsümünün hadisələrini aparıcı dünya KİV-dən təxminən 200 jurnalist, həmçinin Beynəlxalq uşaq mətbuat mərkəzinin tərkibinə daxil olan, Avropa və Asiyadan 24 yeniyetmə müxbir işıqlandırırdı.
2015-ci ilin kulminasiya tədbiri "Doqquz dəyər" Kuboku ilə təltif etmə mərasimi oldu ki, Barselona (İspaniya) futbol klubu bu kubokun sahibi oldu. Forum ərəfəsində 24 iştirakçı, ölkədə keçirilən qlobal səsvermədə iştirak edən uşaqlar, qalibi müəyyən etdilər.
Forumdan sonra bütün iştirakçılar ənənəvi olaraq Berlindəki Olimpiya stadionunda 2014/2015 UEFA Çempionlar liqasının finalında iştirak etdilər.
Dostluq üçün futbol 2016 2016-cı il "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının startı 24 martda, proqramın əsas səfiri Frans Bekkenbauerin iştirakı ilə Münhendə keçirilmiş onlayn Hangouts mətbuat konfransı çərçivəsində verildi.
Proqramın dördüncü mövsümündə ona Azərbaycan, Əlcəzair, Ermənistan, Argentina, Braziliya, Vyetnam, Qırğızıstan, həmçinin Suriyadan 8 yeni yeniyetməyeniyetmə komandası qoşuldu, beləliklə, proqramın iştirakçı ölkələrinin ümumi sayı 32-yə çatdı.
5 aprel 2016-cı ildə unikal trofey – "Doqquz dəyər" Kuboku üçün səsvermə başlandı. Qalibin seçilməsində bütün dünyadan azarkeşlər iştirak edirdilər, lakin son qərarı səsvermə yolu ilə, "Dostluq üçün Futbol" proqramının iştirakçıları verdilər. Kubokun sahibi "Bavariya" (Münhen) Futbol klubu oldurbth.com/sport/2016/06/01/gazprom-brings-soccer-crazy-kids-to-milan-for-uefa-champions-league-final_599353. "Dostluq üçün futbol" proqramının iştirakçıları klubun xüsusi ehtiyaclı uşaqlara dəstək göstərilməsi sahəsində fəaliyyətini, həmçinin müxtəlif ölkələrdə uşaqların müalicəsi və ehtiyacı olanlara kömək sahəsində təşəbbüslərini qeyd etdilər.
"Dostluq üçün futbol" dördüncü beynəlxalq uşaq forumu və küçə futbolu üzrə uşaq beynəlxalq turnirinin final oyunu 2016-cı ildə 27–28 mayda Milanda keçirildi. Turnirin qalibi Sloveniyadan olan "Maribor" komandası oldu. Forumdan sonra bütün iştirakçılar ənənəvi olaraq UEFA Çempionlar liqasının final matçında iştirak etdilər. Forumun hadisələrini aparıcı dünya KİV-dən təxminən 200 jurnalist, həmçinin proqramın iştirakçı ölkələrinin yeniyetməyeniyetmə jurnalistlərinin daxil olduğu uşaq beynəlxalq mətbuat mərkəzi işıqlandırırdı.
"Dostluq üçün futbol" proqramının dördüncü mövsümünün tədbirlərində Suriyanın "Al-Vaxda" klubunun yeniyetməyeniyetmə futbolçuları iştirak etdilər ki, bu da misilsiz bir hadisə oldu. Suriya komandasının proqramın iştirakçılarının siyahısına daxil edilməsi və Suriyadan olan uşaqların Milanda keçirilən tədbirlərdə ölkənin humanitar təcrid olunmasının aradan qaldırılması yolunda əhəmiyyətli addım oldu. "Russia Today" beynəlxalq telekanalının ərəb idman redaksiyası Suriyanın Futbol federasiyasının dəstəyi ilə layihənin iştirakçıları olan uşaqlar haqqında "Müharibəsiz üç gün" adlı sənədli film çəkdi. 2016-cı ilin 14 sentyabrında filmin Dəməşqdə keçirilən təqdimatına 7 mindən çox insan gəldi.
Dostluq üçün futbol 2017 2017-ci ildə "Dostluq üçün Futbol" Beynəlxalq uşaq sosial layihəsinin keçirilmə yeri Sankt-Peterburq (Rusiya) seçildi, final tədbirləri burada 26 iyundan 3 iyula qədər keçirildi.
2017-ci ildə iştirakçı ölkələrin sayı 32-dən 64-ə qədər artdı. İlk dəfə olaraq "Dostluq üçün futbol" proqramında Meksikadan və ABŞ-dənfinance.dailyherald.com/dailyherald/news/read/33918303/Fifth_Season_of_Gazprom's_Football_for_Friendship_International_Children's_Project_Launched uşaqlar iştirak etdilər. Beləliklə, layihə dörd qitədən— Afrika, Avrasiya, Şimali Amerika və Cənubi Amerikadan yeniyetmə futbolçuları birləşdirdi.
Beşinci mövsümdə proqram yeni konsepsiyaya uyğun olaraq həyata keçirildi: hər ölkədən öz ölkəsini təmsil edən 1 yeniyetmə futbolçu seçildi. Uşaqlar həmçinin əlilliyi olan, 12 yaşlı oğlanlardan və qızlardan ibarət səkkiz beynəlmiləl "Dostluq Yığmasına" birləşdilər.
Açıq püşk atma zamanı yığmaların ölkə tərkibi və iştirakçı ölkələrin nümayəndələri üçün oyun mövqeləri müəyyən edildi. Püşk atma internet-konfrans rejimində keçirildi. Səkkiz dostluq komandasının rəhbərləri yeniyetmə məşqçilər oldular: Rene Lampert (Sloveniya), Stefan Maksimoviç (Serbiya), Brendon Şabani (Böyük Britaniya), Çarli Suy (Çin), Anatoli Çentuloyev (Rusiya), Boqdan Kroleveskiy (Rusiya), Anton İvanov (Rusiya), Emme Xenşen (Niderlandl). Püşk atmada həmçinin "Dostluq üçün futbol" beynəlxalq mətbuat mərkəzinin nümayəndəsi Liliya Masumoto (Yaponiya) iştirak etdi.
2017-ci ildə "Dostluq üçün futbol" üzrə Dünya çempionatının qalibi doqquz ölkədən gənc məşqçi və yeniyetmə futbolçuların daxil olduğu "narıncı" komanda oldu: Rene Lampert (Sloveniya), Xonq Cun Marvin Tue (Sinqapur), Pol Puiq İ Montana (İspaniya), Qabriyel Mendosa (Boliviya), Rəvan Kazımov (Azərbaycan), Xrisimir Stanimirov Stançev (Bolqarıstan), İvan Aqustin Kasko (Argentina), Roman Xorak (Çexiya), Həmzə Yusuf Nuri Alxavvat (Liviya).
"Dostluq üçün futbol" 2017 Beynəlxalq uşaq Forumunda Viktor Zubkov ("Qazprom" İSC-nin direktorlar şurasının sədri), Fatma Samura (FIFA-nın birinci katibi), Filipp Le Flok (FIFA-nın baş kommersiya direktoru), Culio Baptista (Braziliya futbolçusu), İvan Zamorano (Çili hücumçusu), Aleksandr Kerjakov (Rusiya futbolçusu) və başqa qonaqlar, əsas insan dəyərlərini yeniyetmə nəsil arasında təbliğ etməyə çağırdılar.
2017-ci ildə layihə 600 mindən çox insanı birləşdirdi, Sankt-Peterburqda final tədbirlərində dünyanın 64 ölkəsindən 1000-dən çox uşaq və böyüklər iştirak edibstomp.straitstimes.com/singapore-seen/12-year-old-sporean-messi-wins-global-football-contest-in-russia.
Dostluq üçün futbol 2018 2018-ci ildə "Dostluq üçün futbol" proqramının altıncı mövsümü 15 fevraldan 15 iyuna qədər keçirilmişdir. Final tədbirlər Moskvada FİFA 2018 Dünya çempionatından
qabaq keçirilmişdir. Dünyanın 211 ölkə və regionunu təmsil edən yeniyetmə futbolçular və jurnalistlər proqramın iştirakçısı oldular. "Dostluq üçün futbolun" canlı yayımda açıq püşk atma 2018-ci il üçün proqrama rəsmi start verdi və bunun nəticələrinə əsasən 32 beynəlxalq futbol komandası – "Dostluq yığmaları" təşkil edildi. Ekoloji missiya "Dostluq üçün futbol" proqramının yeni hissəsi oldu – 2018-ci ildə Beynəlxalq futbol "Dostluq yığmaları" nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şərəfinə adlandırılmışdı.
2018-ci ildə ekoloji missiyasının çərçivəsində Beynəlxalq futbol "Dostluq yığmaları" nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şərəfinə adlandırılmışdı: Afrika fili, Komodo çöl kərtənkələsi, Kipunci meymunu, Nəhəng tısbağa, Saxara ceyranı, Gepard, Kərgədan, Yastıbədən köpək balığı, Ağ ayı, Lemur, Qrizli ayısı, Balina köpək balığı, Üçbarmaqlı tənbəl, Kral kobrası, Şimpanze, Qanq qavialı, Qərb qorillası, İmperator ağacdələni, Sayqa, Alnıağ kapusin, Koala, Sibir pələngi, Qrevi zebri, Oranqutan, Böyük panda, Magellan pinqvini, Rotşild zürafəsi, Donqar balina, Goreşənə bənzər it, Şir, Begemot, Qalapaqos dənizi şiri.
Həmçinin 2018 ilin ekoloji missiyasının çərçivəsində mayın 30, dünya ictimayətini nadir növlü heyvanların xilasetmə təşkilatlara dəstək verilməsinə çağıran, Happy Buzz Day beynəlxalq aksiyasına strat verildi. Aksiyaya Ruiyanın, ABŞ-nin, Nepalın və Böuük Britaniyanın milli parkları və qoruqları qoşulublar. Həmçinin "Dostluq üçün Futbol" proqramının final tədbirləri zamanı iştirakçılar Moskvada təbii qazda olan yancağlı ekoloji avtobuslardan istifadə edirdilər.
2018-ci ildə "Dostluq üçün Futbol" proqramında iştirak edən ölkələr və regionlar:
1. Avstraliya ittifaqı
2. Avstriya Respublikası
3. Azərbaycan Respublikası
4. Əlcəzair Xalq Demokratik Respublikası
5. Amerika Vircin Adaları
6. Amerika Samoası
7. Angilya
8. Antiqua və Barbuda
9. Misir Ərəb Respublikası
10. Arqentina Respublikası
11. Aruba
12. Barbados