Fitnə — 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən sənədli film.Nizami Kino Mərkəzində “Fitnə” filminin təqdimatı olub . scwra.gov.az, 26.05.2016
Məzmunu Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir.
Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.
Filmin heyəti
Film üzərində işləyənlər thumb|Ssenari müəllifi Nadir Bədəlov filmin təqdimatı zamanı Ssenari müəllifi: Nadir Bədəlov Quruluşçu rejissor: Böyükağa Məmmədov Quruluşçu operator: Samir Həsənov Rejissor: Günel Sayılova Operator: Rəşad Qurbanov Səs rejissoru: Azər Əsgərov Montaj rejissoru: Fariz Əliyev Kompüter qrafikası: Elmar Behbudov Redaktor: Zenfira Bədəlova İcraçı prodüser: Ramil Baba Prodüser: Mircabbar Babayev Mətni oxuyan: Məmməd Səfa Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov; Ekspert: Elman Nəsirovdur;
İlk baxış və təqdimatı 2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında filmə baxış“Fitnə” sənədli filminə Dövlət İdarəçilik Akademiyasında baxış keçirilib . scwra.gov.az, 18.05.2016 , 19 mayda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində filmin nümayişiBakı Dövlət Universitetinin İlahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib . scwra.gov.az, 19.05.2016 və 25 mayda isə Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.
İstinadlar
Xarici keçidlər Filmi izlə Filmi izlə
Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər