Şəmkirdə Su-25 qəzası — 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı qəza.
Hadisə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid "Su-25" təyyarəsi 3 mart 2010-cu ildə saat 17.00 radələrində qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Təlim məqsədilə havaya qalxsa da, qanadında yaranmış nasazlıq səbəbindən qəzaya uğrayıb.
Qəzaya uğramış "Su-25" son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tbilisi Aviasiya Zavodunda istehsal olunub.
Həlak olanların siyahısı Famil Elman oğlu Məmmədli — pilot
İstinadlar
Kateqoriya:2010-cu ildə Azərbaycan Kateqoriya:3 martdakı hadisələr Kateqoriya:2010-cu ildəki hadisələr Kateqoriya:Şəmkir rayonu Kateqoriya:Azərbaycanda aviasiya hadisələri