Milli Futbol Liqası (MFL) () - peşəkar Amerika futbolu liqası. Liqanı təşkil edən 32 klub Milli Futbol Konfransı (MFK) və Amerika Futbol Konfransı (AFK) adlı iki bərabər hissəyə bölünür. MFL Şimali Amerikada dörd əsas peşəkar idman liqalarından biridir və Amerika futbolunda dünyada ən yüksək pillədir. MFL-in 17 həftəlik daimi mövsümü Əmək günündən sonrakı həftə başlayaraq Miladdan sonrakı həftəyə qədər davam edir ki, bu müddətdə hər komanda 16 oyun və bir boş həftə keçirir. Daimi sezon nəticələndikdən sonra hər konfransdan 6 klub (4 divizion qalibi və 2 vəhşi kart klubu) pley-off mərhələsinə yüksəlir. NFK və AFK pley-off qaliblari Super Boul uğrunda mübarizə aparırlar.
MFL 1920-ci ildə Amerika Peşəkar Futbol Assosiasiyası adı ilə yaranmış və 1922-ci il mövsümündən sonra Milli Futbol Liqası adını almışdır. 1966-cı ildə Amerika Futbol Liqası (AFL) ilə birləşmək qərarı almış və mövsüm sonunda ilk Super Boul verilmişdir; birləşmə prosesi 1970-ci ildə tamamlanmışdır. Bugün MFL dünyada ən çox ortalama tamaşaçıya (67,591) malik peşəkar idman liqasıdır və ABŞ-da ən məşhur idman liqasıdır. Super Boul dünyanın ən nəhəng idman hadisələri sırasındadır və bəzi Super Boul oyunu Amerika tarixində bir çox dəfə ən çox baxılan televeriliş olmuş və 2015-ci ildə də ən çox baxılan televeriliş ünvanını əldə edib. Liqanın icraçı direktoru liqanın tənzimlənməsində geniş səlahiyyətə malikdir.
Ən çox MFL çempionu olan klub Qrin-Bey Pekers (13 dəfə), ən çox Super Boul qazanmış klub isə Pittsburq Stilers (6 dəfə) olmuşdur. Liqanın son qalibi Super Boul 50-də Karolina Pantersi 24-10 nəticəsi ilə məğlub edən Denver Bronkosdur.
Tarixi 1920-ci ildə Amerika Birləşmiş Ştatlarının Kanton (Ohayo ştatı) şəhərində, oyunçulara cıxışlarına görə pul verilən ilk amerika futbolu liqası olan Amerika peşəkar futbol assosiasiyası yaradıldı. "Kanton Bulldoqs"-dan olan əfsanəvi atlet Cim Torp liqanın ilk prezidenti olur. 1920-ci il mövsümünü başlayan 11 komandadan yalnız dördü mövsümü başa çatdıra bildi. Heç bir oyunda məglub olmayan "Akron Pros" liqanın qalibi olur. 1921-ci ildə komandaların sayı 22-yə artsa da bütün 20-ci illərdə istirakçı sayı qeyri-stabil qalir və bu illərdə amerika futbolu hələ ki, milli oyun sayılmırdı. Bu baximdan o beysbola uduzurdu. 1934-cü il mövsümündə artıq "Qrin-Bey Pekers"dən başqa bütün komandalar böyük şəhərləri təmsil edirdi. Çempionluq uğrunda ilin (ilbaşı) oyunu 1933-cü ildə təsis edilmiş, universitetlərdən gənc oyuncular draftı (seçimi) isə ilk dəfə 1936-cı ildə keçirilmişdir. 1962-ci ildən etibarən komandalar qaradərili oyunçuları dəvət etməyə başlayırlar. İlk vaxtlar universitet futbolu daha populyar idi, lakin II Dünya müharibəsinin sonlarında artıq peşəkar futbol universitet futbolu ilə tamasaçı marağı uğrunda rəqabətə başlayır. Qaydaların dəyişdirilməsi və strategiyadakı innovasiyalar oyunların məhsuldar və baxımlı olmasına gətirib çıxardır. Həmçinin liqanın coğrafiyası da genişlənir. 1950-ci ildə NFL klublarının sayı 13-ə kimi artır. 1950-ci illərdən etibarən oyunlar milli televiziya ilə nümayiş etdirilməyə başlanır və amerika futbolu milli idman növunə çevrilir.
Klublar
MFL hər birində 16 klub olmaqla iki konfransda iştirak edən ümumilikdə 32 klubdan ibarətdir. Hər konfrans dörd klubdan təşkil olunan dörd diviziyaya bölünür. Daimi mövsüm müddətində hər klubun heyətində 53 oyunçunun olmasına icazə verilir; oyun günü isə yalnız onlardan 46-sı aktiv (oynamağa münasib) ola bilər. Hər klub əsas heyətə aid olmayan 10 oyunçudan ibarət təcrübə heyətinə də malik ola bilər, lakin buradakı oyunçu cari mövsümün son 9 oyununda aktiv vəziyyətdə olmamalıdır. Hər bir oyunçu təcrübə heyətində 3 mövsümdən artıq qala bilməz.
DiviziyaKlubŞəhərStadionTutumKordinatlarİlk mövsümBaş məşqçı EastBuffalo BillsOrchard Park, NYRalph Wilson Stadium 71,857 (AFL), (NFL)Rex RyanMiami DolphinsMiami Gardens, FLNew Miami Stadium 65,326 (AFL), (NFL)Adam GaseNew England PatriotsFoxborough, MAGillette Stadium 68,756 (AFL), 1970 (NFL)Bill BelichickNew York JetsEast Rutherford, NJMetLife Stadium 82,566 (AFL), (NFL)Todd BowlesNorthBaltimore RavensBaltimor, MDM&T Bank Stadium 71,008 John HarbaughCincinnati BengalsSinsinnati, OHPaul Brown Stadium 65,535 (AFL), (NFL)Marvin LewisCleveland BrownsCleveland, OHFirstEnergy Stadium 67,407 (AAFC), (NFL)Hue JacksonPittsburgh SteelersPittsburgh, PAHeinz Field 68,400 Mike Tomlin SouthHouston TexansHouston, TXNRG Stadium 71,054 Bill O'BrienIndianapolis Colts*Indianapolis, INLucas Oil Stadium 62,421 Chuck PaganoJacksonville JaguarsJacksonville, FLEverBank Field 67,246 Gus BradleyTennessee Titans*Nashville, TNNissan Stadium 69,143 (AFL), 1970 (NFL)Mike MularkeyWestDenver BroncosDenver, COSports Authority Field at Mile High 76,125 (AFL), 1970 (NFL)Gary KubiakKansas City Chiefs*Kansas City, MOArrowhead Stadium 76,416 (AFL), 1970 (NFL)Andy ReidOakland Raiders*Oakland, KAOakland Coliseum 56,057 (AFL), 1970 (NFL)Jack Del RioSan Diego Chargers*San-Dieqo, KAQualcomm Stadium 70,561 (AFL), 1970 (NFL)Mike McCoy EastDallas CowboysArlington, TXAT&T Stadium 80,000 Jason GarrettNew York GiantsEast Rutherford, NJMetLife Stadium 82,566Ben McAdooPhiladelphia EaglesPhiladelphia, PALincoln Financial Field 69,176Doug PedersonWashington Commanders*Landover, MDFedExField 82,000Jay GrudenNorthChicago Bears*†Çikaqo, ILSoldier Field 61,500John Fox Detroit Lions*Detroyt, MIFord Field 65,000Jim CaldwellGreen Bay PackersGreen Bay, WILambeau Field 80,735Mike McCarthyMinnesota VikingsMinneapolis, MNU.S. Bank Stadium 65,400 Mike ZimmerSouthAtlanta FalconsAtlanta, GAGeorgia Dome 74,228Dan QuinnCarolina PanthersCharlotte, NCBank of America Stadium 74,455 Ron RiveraNew Orleans SaintsNew Orleans, LAMercedes-Benz Superdome 73,208 Sean PaytonTampa Bay BuccaneersTampa, FLRaymond James Stadium 65,890Dirk KoetterWestArizona Cardinals*†Glendale, AZUniversity of Phoenix Stadium 63,400Bruce AriansLos Angeles Rams*Los-Anceles, KALos Angeles Memorial Coliseum 93,607Jeff FisherSan Francisco 49ersSanta Clara, KALevi's Stadium 68,500 (AAFC), (NFL)Chip KellySeattle SeahawksSeattle, WACenturyLink Field 67,000 Pete Carroll* denotes that the club has relocated at some point in its existence† denotes that the club was a founding member of the NFL
Qeydlər
İstinadlar
Kateqoriya:Milli Futbol Liqası