Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə.

Ümumi məlumat Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi.

Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi.

Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu.Описание Карабахской провинции, составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м. Тифлис. Типография управления наместника Кавказского. 1866. стр.174.

Mahalın tarixindən Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb.

Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.

Küparə mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.

Küpara mahalının naibləri Titul Adı Başlanığıcı Sonu Naib Məlik Parasan 1724 1750 Naib III Məlik Parsadan 1750 1780 Naib IV Məlik Parsadan 1780 1822

İstinadlar

Mənbə Ənvər Çingizoğlu, Küparə mahalı, Bakı: "Soy" dərgisi № 4, 2012, səh. 100–107.

Həmçinin bax Qarabağ xanlığı Qafan rayonu

Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:Qarabağ xanlığının mahalları