Evans Timoti Fosu Fosu-Mensah () — Mançester Yunayted klubundan icarə əsasında İngiltərə Premyer Liqası təmsilçilərindən olan Fulhem klubunda mərkəz müdafiəçisi, müdafiəyə meyilli yarımmüdafiəçi və cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu.
Klub karyerası
Mançester Yunayted Fosu Mensah Amsterdamda anadan olmuşdur. Valideynləri isə Qana vətəndaşlarıdır. O, futbolçu karyerasına Ayaks klubunda start vermişdir. 2014-cü ildə isə İngiltərəyə gəlmişdir. Fosu Mensah Mançester Yunayted klubunun gənclərdən ibarət komandasında müxtəlif mövqelərdə — mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış etmişdir. O, peşəkar karyerasında debütünü 28 fevral 2016-cı ildə Arsenal klubuna qarşı oyunda etmişdir. Fosu-Mensah görüşün 55-ci dəqiqəsində Markos Roxonu əvəz etmiş və görüşü sol cinah müdafiəçisi kimi davam etdirmişdir. Premyer liqa görüşündə Yunayted rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.
19 oktyabr 2016-cı ildə o, Mançester Yunayted klubu ilə daha bir il uzadılması şərtilə 2020-ci ilə kimi uzunmüddətli müqavilə imzalamışdır.
Kristal Palas (icarə) 10 avqust 2017-ci ildə Fosu-Mensah keçmiş Ayaks futbolçusu Frank de Bur baş məşqçi təyin olunduqdan sonra Kristal Palas klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, Palas klubu ilə debütünü iki gün sonra 12 avqust 2017-ci ildə Haddersfild Taun klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. Məğlubiyyətə baxmayaraq, Fosu-Mensah son dəqiqələrdə Stiv Munyenin het-trik etməsinin qarşısını uğurla ala bilmişdir.
Fulhem (icarə) 9 avqust 2018-ci ildə Fosu-Mensah İngiltərə Premyer Liqası təmsilçilərindən olan Fulhem klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.
Milli karyerası Fosu-Mensah Niderland millisinin U-15, U-16, U-17 və U-19 yığmalarında çıxış etmişdir. Mançester Yunayted klubunda uğurlu çıxış etdikdən sonra Fosu-Mensah İrlandiya, Polşa və Avstriya milliləri ilə keçiriləcək yoldaşlıq oyunu üçün əsas milliyə dəvət almışdır. O, həmçinin valideynləri Qana vətəndaşları olduğu üçün bu millidə də çıxış edə bilər. O, 28 avqust 2017-ci ildə Kenni Tete zədələndikdən sonra Fransa və Bolqarıstan millilərinə qarşı 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi oyunlarında iştirak etmək üçün əsas milliyə çağırılmışdır. Fosu-Mensah milli ilə debütünü 31 avqust 2017-ci ildə Fransa millisinə qarşı oyunda etmiş və millisi rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur.
Şəxsi həyatı Fosu-Mensah peşəkar futbolçu Alfons Fosu-Mensahın kiçik qardaşıdır.
Karyera statistikası Klub
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Yunayted2015–16Premyer Liqa80200000—1002016–1740201040001102017–180000000000002018–1900000000—00Ümumi12040104000210Kristal Palas (icarə)2017–18Premyer Liqa2101020——240Fulhem (icarə)2018–19000000——00Ümumi karyera33050304000450
Milli komanda
Milli komandaİlOyunQolNiderland201720201810Ümumi30
Uğurları
Klub
Mançester Yunayted FA Kuboku: 2015–16 UEFA Avropa Liqası: 2016–17
İstinadlar
Xarici keçidlər
Profile at ManUtd.com Netherlands profile at OnsOranje
Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:Kristal Pelas FK futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Niderlandlı legioner kişi futbolçular