"F91 Dudelange" — Lüksemburqun cənubundakı Düdelanj şəhərini təmsil edən futbol klubu. Klub Lüksemburq Milli Divizyonunda çıxış edir.

1991-ci ildə Düdelanj şəhərindəki üç klubun birləşməsindən yaranıb: "Alyanz Düdalanj", "Ştad Düdelanj" və "US Düdelanj". Klub 15 dəfə Lüksemburq Milli Divizyonunun qalibi olub və 8 dəfə Lüksemburq Kubokunu qazanıb. "F91 Düdelanj" 2018-2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Lüksemburq futbolunda Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Dudelanj FK Klubun əsası 1991-ci ildə Düdelanj şəhərində qoyulmuşdur“Qarabağ”ın 25 yaşlı rəqibi – 12 qat ölkə çempionu . apasport.az, 20.06.2016 . Həmin vaxt 3 klub – "Allyans", "Stad" və YUS-un birləşməsi ilə bu yeni klub yaranmışdır.

Rəngləri Rəngləri sarı və qırmızıdır.

Uğurları Liqa Çempion(9): 1999–00, 2000–01, 2001–02, 2004–05, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2010–11 İkinci (4): 1998–99, 2002–03, 2003–04, 2009–10 Lüksemburq Kuboku Çempion(4): 2003–04, 2005–06, 2006–07, 2008–09 İkinci (3): 1992–93, 1993–94, 2001–02

Stadionu Komanda ev oyunlarını "Yos Nosbaum" stadionunda keçirir"Qarabağ"ın "sarı-qırmızılı" rəqibi . sport7.az, 20.06.2016 . Bu arenanın azarkeş tutumu 2600 nəfərlikdi.

Rəhbərlik Komandanın prezidenti Romeyn Şumaxer, baş məşqçisi isə fransız Mişel Lefloşmoandı<ref name="sport7.az">.

İstinadlar

Kateqoriya:Lüksemburq futbol klubları Kateqoriya:1991-ci ildə yarananlar