Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1803Kurqanlar Orta tunc dövrüDüz-Qırıqlı kəndi vəZəyamçay arasındaArxeolojiÖlkə1804Kəblə Namaztəpə yaşayış yeri EneolitDüz-Qırıqlı kəndindənşərqdəArxeolojiÖlkə5199Məscid XIX əsrDüz Qırıqlı kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995531273827932009↗6304↗3268↗3036

Tanınmış şəxsləri Qənirə Paşayeva (1975–2023) — Jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev (1937–) — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Həmid Həsənov — Azfen MMC-nin Baş Direktoru. Günay Həsənova — Tarix üzrə fəlsəfə doktoru, ədliyyə mayoru.

İqtisadiyyatı Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.

Kənddə ticarət obyektləri, dəyirman, çörək sexləri, mebel sexi fəaliyyət göstərir.

Mədəniyyəti Kənddə Düz Qırıqlı kənd kitabxana filialı, Düz Qırıqlı kənd Mədəniyyət Evi, Düz Qırıqlı poçt şöbəsi (AZ6025) fəaliyyət göstərir.

Kənddə ATS, park vardır.

Təhsil Kənddə N.Əmiraslanov adına Düz Qırıqlı kənd tam orta məktəbi və Düz Qırıqlı kənd 1№-li tam orta məktəbi, Düz Qırıqlı kənd Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Düz Qırıqlı kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə 23 may 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-536 olan Düz Qırıqlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə Kənddə Düz Qırıqlı kənd xəstəxanası yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Düz Qırıqlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri