Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu.
Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Hücum nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələndi və ya batırıldı, 188 qırıcı təyyarəsi məhv edildi, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldü. Buna baxmayaraq, Sakit Okean Donanmasının üç təyyarə daşıyıcı gəmisi, əsas tankerlər, sualtı qayıqlar və bazanın zavod gəmiləri limanda deyildi və heç biri zərər görmədi.
Hücuma zəmin hazırlayan hadisələr Yaponiyanın yüksəlişi və Çin-Yapon müharibəsi 150px|thumb|left|Kanji İşivara (Mancuriyanın memarı) Meiji bərpasından sonra Yaponiya İmperiyası Avropa və Şimali Amerikanın gücləri ilə ayaqlaşmaq üçün "Fukoku Kyōhei" (Zəngin ölkə və güclü əsgər) siyasətini həyata keçirdi. Bu sürətli böyümə siyasətini həyata keçirmək üçün torpaqları genişləndirmək və təbii sərvətlər əldə etmək lazım idi.
Bu səbəbdən Yaponiya İmperiyası bir sıra hərbi əməliyyatlar həyata keçirdi. 1894-cü ildə Yaponların Tayvan üzərində nəzarəti ələ aldığı Birinci Çin-yapon müharibəsi və Yaponların Çin və Koreya yarımadasında torpaq qazanmasına səbəb olan 1904-cü ildə baş verən Rus-yapon müharibəsi bu əməliyyatların bir hissəsidir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası Yaponiyaya Uzaq Şərq və Sakit okean sularında Alman imperiyasının müstəmləkələri və koloniyaları ilə məşğul olmaq tapşırığını verdi. 1931-ci ildə Yaponiya mancurların vətəni olan Mancuda Mancuriyanı qurdu. Lakin başda ABŞ olmaqla Mancuriyada maraqları olan ölkələlər Mancuriyanı kukla dövlət olduğunu iddia etdilər.
Təxminən 1910-1930-cu illər arasında ölkə geniş və müasir bir donanma (dövrünün üçüncü ən böyük dəniz qüvvəsi) və ordu ilə hərbiləşdirildi. 7 iyul 1937-ci ildə Yaponiyanın 1-ci Piyada Alayı və Çin Milli Hökumətinin 29-cu ordusu ilə Marko Polo körpüsü ətrafında baş verən kiçik münaqişə iki dövlətin də sülh istəməsinə baxmayaraq, Çin-Yapon müharibəsinə səbəb oldu.
ABŞ-Yaponiya münasibətləri 150px|thumb|left|Yaponiyanın Baş naziri Hideki Tojo (General) Millətlər Liqası, ABŞ, İngiltərə, Avstraliya və Niderland kimi dövlətlər Yaponiyanın Çinə hücumlarından narahat olmuş , xəbərdarlıq və diplomatik təzyiqlərlə cavab vermişdilər. 24 fevral 1933-cü ildə Yaponiya cavab olaraq Millətlər Liqasından çıxdı.
Yaponiyada "ABCD mühasirəsi" (America, Britain, China və Dutchun baş hərflərindən) termini meydana gəldi və millətçilik hissinin güclənməsinə kömək etdi. 1939-cu ilin iyulunda 1911-ci il ABŞ-Yaponiya ticarət paktını ləğv etməklə Yaponiya özünə qarşı təzyiqi artırdı. Yaponiya Çindəki hərbi kampaniyasını davam etdirdi və Nasist Almaniyası ilə Birinci Dünya müharibəsində rəsmi olaraq ləğv edilən "Anti-Komintern" sazişini imzaladı. 1940-cı ildə Yaponiya Nasist Almaniyası və Faşist İtaliya ilə "Berlin-Roma-Tokio oxu" dövlətlərini yaratmaq üçün üçtərəfli müqavilə imzaladı.
Yaponiyanın hərəkətləri ABŞ-nin metal qırıntıları və yanacaq embarqosuna səbəb olmasına və Panama kanalının Yapon gəmilərinə bağlanmasına səbəb oldu. ABŞ-nin reaksiyası ABŞ-dəki Yapon aktivlərini dondurmaq və yanacaq amborqosunu həyata keçirmək oldu. Benzin Yaponiya üçün çox vacib idi və öz sərvətləri çox az idi. Bununla yanaşı Yaponiyanın yanacaq idxalının 80% -i ABŞ-dən. Aydındır ki, donanma idxal olunan yanacaq ehtiyatlarına güvənirdi. 150px|thumb|right|Yaponiya imperatorluğunun Dəniz Qüvvələrinin bayrağı 150px|thumb|left|Xarici İşlər naziri Yusuke Matsouka və Hitler (1941-ci ilin martı)
Diplomatik danışıqlar 26 noyabr 1941-ci il tarixdə Baş nazir Hideki Tojonun kabinetinə ultimatum olaraq Hull notası ilə başa çatdı. Yaponiya, ABŞ-nin və İngiltərənin istəklərinə - Çindəki münaqişələri dayandırmaq və Çindən çıxmaqla - genişlənmə siyasətini davam etdirmək arasında qərar verməli idi. Yaponiya geri çəkilsə, beynəlxalq mühitdəki nüfuzlu mövqeyini itirməli idi. Üstəlik, milli təhlükəsizliyə qarşı bir təhdid olaraq, Sakit okean və ya Şərqi Asiya və Yaponiya ətrafındakı qərb güclərinin nəzarətində bir təsir sahəsinin olacağından narahat idi. İmperator Hirohito artıq bəzi hərbi tədbirlər görmüş və onları səfərbər etmək qərarına gəlmişdi. Növbəti addım ABŞ, İngiltərə və Hollandiya ilə döyüşdü. Əslində Nasist Almaniyası və Faşist İtaliya ilə Berlin-Roma-Tokio oxu Paktının imzalanması Yaponiyanın Berlin-Roma-Tokio oxu gücləri ilə birlikdə "Müttəfiq Güclər" ilə mübarizə aparması demək idi. Bu hücumun baş vermə ehtimalı var idi və amerikan komandirlərə xəbərdarlıq edildi. Ancaq yaponlar üçün belə bir işə cəhd göstərməyin qeyri-mümkün olduğu düşünülürdü.
4 sentyabr 1941-ci ildə İmperator tərəfindən Pörl-Harbora edilən hücumun nəzərdə tutan İmperator Konfransı, Yaponiya Nazirlər Kabinetinin İmperator Baş qərargahında Pörl-Harbora hücum planlarını müzakirə edildi və qərar verildi:
Yapon hazırlıqları 150px|thumb|left|Admiral Osami Nagano (Dəniz Qərargahının rəisi) Yaponiya, admiral Andrev Kunninqhamın İsgəndəriyyədəki İngilis bazasından çıxan təxminən 20 köhnəlmiş cüt qanadlı təyyarə (Fairey Swordfish) ilə İtalyan müharibə donanmasının yarısını məhv edən əməliyyatdan təsirləndi. Admiral Isoroku Yamamoto Kunninqhamın möhtəşəm manevrlərindən daha böyük və daha yaxşı dəstəklənən döyüş donanmasını İtaliyaya göndərdi. Beləliklə, "Böyük Şərqi Asiya Cəbhəsinə Dəstək Qalxanı" yaranacaq və müdafiə oluna bilən bir tampon Hollandiya Şərqi Hindistanın neft ehtiyatlarını ələ keçirəcəkdir. Ən əsası, nümayəndə heyəti Kunninqhamın "boffins" adlandırdığı gizli, dayaz üzən torpedo ilə Yaponiyaya qayıtdı.
Bundan əlavə, bəzi yapon strateqləri 1932-ci il hərbi dəniz təlimləri (Havayın işğalı mövzusu) zamanı ABŞ admiralı Harri Yarnellin əməliyyatlarından təsirlənmişdi. Yarnell, hücum edən donanmanın komandiri idi, təyyarə daşıyıcılarını sərt dənizdə Ohau'nun şimal-qərbinə çəkdi və "hücum" təyyarələrini 7 fevral 1932-ci ilin səhəri havalandırdı. Əməliyyatı izləyən müfəttişlər Yarnellin hücum donanmasının hücumdan 24 saat ərzində donanmanı yerləşdirə bilməyən müdafiə hissələrinə ciddi zərbə vuracaqlarını bildirdi. Dövrün ABŞ şərti hərbi dəniz doktrinası (və digər donanma ideyaları) Yernellin strategiyasını gerçək dünyada icra edilə bilməyəcəyini bildirdi və Pörl-Harbordakı donanma tərəfindən hər hansı bir hücumun aradan qaldırıla biləcəyinə inanırdı. 150px|thumb|right|Admiral Isoroku Yamamoto (Birləşmiş Dəniz Qüvvələrinin baş komandanı)
1941-ci ilin əvvəlində Yamamato Hull Nota ilə təltif edildikdə, Hərbi Dəniz Qərargahındakı təzyiqlə (istefa və qovulma təhlükəsi ilə birlikdə) ABŞ-yə qarşı vuruşacağını düşünərək rəsmi planlar və təlimlərə başlamağa icazə verərək, əvvəlcədən edilən bir hücum haqqında xəbərdarlıq etdi. Yuxarıda göründüyü kimi, yayda baş verən hadisələr nəticəsində imperator konfransında (imperatorun iştirakı ilə) ilkin təsdiq alındı və növbəti hücumun təsdiqi noyabr ayında İmperator konfransında oldu.
Pörl-Harbor hücumunun əsas məqsədi Amerikanın Sakit okean bölgəsindəki hərbi gücünü zərərsizləşdirmək idi, ancaq müvəqqəti olaraq, meydanı genişləndirmək yaxın koordinasiya ilə müxtəlif ölkələrə edilən hücumun bir hissəsi idi. Yamamato, uğurlu bir hücumun Yaponiyaya təqribən bir il vaxt qazandıracağını və ABŞ donanmasının bərpa olunana qədər Yaponiyanın sərbəst hərəkət etməsinə şərait yaradacağını düşünürdü. Pörl-Harbora edilən hücuma hərbi dəstək üçün ilkin planlar 1941-ci ilin iyununda başladı və İmperator ilə Dəniz Qüvvələri fraksiyalarının müzakirələri nəhayətki təsdiq edildi. Planlaşdırılan hücum əsasən torpedalar idi, lakin o zamanın silahları havadan atılmaq üçün dərin suya ehtiyac var idi. Pörl-Harbor dayaz kanallardan ibarət idi və bu çox ciddi problem idi. 1941-ci ilin yayından sonra Yaponiya dayaz sulara atıla bilən dəyişdirilmiş torpedo dəyişiklikləri və sınaqları etdi. Tədqiqatlar, hücum zamanı ABŞ gəmilərinə ən böyük zərər verən Tip 95 Torpedonun hazırlanması ilə nəticələndi. Yapon silah texnikləri, həmçinin 356 və 381 mm-lik hərbi donanma topları üçün xüsusi zirehli pirsinqlər istehsal etdilər. 10000 metrdən (3000 m) atıldıqda zirehli gəmi göyərtəsini dəlib keçmək gücünə malik idi.
"Nii Taka Yama Nobore" 26 Noyabr 1941-ci ildə Admiral Juichi Nagumo komandanlığı altında altı təyyarə daşıyıcı gəmi radio səssizliyi əmri ilə Kuril adalarındakı Hitokappu körfəzini tərk etdi. 2 dekabr 17: 30-da Birləşmiş Donanmanın flaqmanı Nagato döyüş gəmisindən 676-10 nömrəli təcili və gizli şifrəli əmr göndərildi: "Nii Taka Yama Nobore Hito Futa Maru Haçi" (ニイタカヤマノボレ )". Bu 'müharibə 8 dekabr saat 00:00-da başlayacaq' deməkdi.
Hücum edən aviadaşıyıcılar: "Akagi", "Kaga", "Söryü", "Hiryu", "Şakaku" və "Zuikaku". İki sürətli döyüş gəmisi, iki ağır kreyser, bir yüngül kreyser və üç sualtı qayıq əməliyyat qrupunu müşayiət etdi. Təyyarə daşıyıcıları ümumilikdə 423 Mitsubişi Type 0 "Zero" qırıcı təyyarəsi, Nakajima Type 97 "Kate" torpedo bombardmançı və Achi Type 99 "Val" pike bombardmançısını daşıyıblar. Yaponiyanın əməliyyat qrupu təyyarə gəmisi bazasında hücum edən hava qüvvələri baxımından əvvəlki qüvvələrdən daha böyük idi. Donanmanı yanacaqdoldurmaq üçün səkkiz tanker müşayiət edirdi. Bundan əlavə, "irəli qüvvə" 20 sualtı qayıq və 5 iki nəfərlik Ko-hyoteki tipli sualtı qayıqla kəşfiyyat toplamaq və hücum zamanı qaça biləcək hər hansı bir ABŞ gəmisini batırmaq üçün vəzifələndirilmişdir. 200px|thumb|right|Yapon donanması Pörl-Harbora bu marşrutla girdi
Havay əməliyyatına qatılan Səfərbərlik bölüyü: Birinci Hərbi Dəniz Donanması: (Baş komandir; Vitse-admiral Çuiçi Naqumo, Qərargah rəisi; Kontr-admiral Ryunosuke Kusaka) Zero x 78, Tip 97 x 129 ve Tip 99 x 143 Birinci Aviasiya Donanması: aviadaşıyıcı "Akagi", aviadaşıyıcı "Kaga"(Baş komandir; Vitse-admiral Çuiçi Naqumonun birbaşa əmrində) İkinci Aviasiya Donanması: (Kontr-admiral Tamon Yamaguçi) aviadaşıyıcılar "Söryu" və "Hiryu" Beşinci Aviasiya Donanması: (Kontr-admiral Çuçi Hara) aviadaşıyıcılar "Zuikaku" və "Şokaku" Üçüncü Donanma: (Baş komandir Guniçi Mikava) aviadaşıyıcılar "Hiei" və "Kirişima" Səkkizinci Donanma: (Kontr-admiral Hiroki Abe) Ağır Kreyser "Tone" və "Çikuma" Torpedo Donanması: (Kontr-admiral Sentaro Omori) Kreyser "Abukuma" Eskadrilya Donanması: (Polkovnik Yoşito Miyasaka) Eskadrilyalar "Kagero", "Şiranui", "Akigumo", "Kasumi" və "Arare" Birinci təchizat dəstəsi: (Polkovnik Naomasa Ofuji): Tankerlər "Kyokuto-Maru", "Şinyo-Maru" İkinci təchizat dəstəsi: Tankerler "Toho-Maru", "Toei-Maru" və "Nihon-Maru" Xüsusi Məqsədli Sualtı: 'Tokuşu-Senkotei 'Kohyoteki' x 5
Birinci hava hücumu bölmələri 150px|thumb|right|Polkovnik Mitsuo Fuçida Paralel bombardmançılar birliyi: Təyyarə Tip 97 ('80 no.lu 5' 800 kilo bombası) x 49 Komandir: Mitsuo Fuçida; 4 komanda ("Akaqi"dən Polkovnik Mitsuo Fuçida, "Kaqa"dan Takaşi Haşiguçi, "Söryu"dan Heijiro Abe, "Hiryu"dan Tadaşi Kusumi) Hədəf: Döyüş gəmiləri, Aviadaşıyıcılar, Kreyserlər Torpedo bombardmançılar birliyi: Təyyarə Tip 97 (91 tip Hava Torpidosu) x 40 Komandir: Polkovnik Şigeji Murata; 4 komanda ("Akaqi"dən Şigeji Murata, "Kaqa"dan Ryoiçi Kitajima, "Söryu"dan Tsuyoşi Naqai, "Hiryu"dan Heita Muramatsu) Hədəf: Döyüş gəmiləri, Aviadaşıyıcılar, Kreyserlər Hava üstünlüyünün qorunması üçün birlik Komandir: Polkovnik Şigeru İtaya; 6 komanda("Akaqi"dən Polkovnik Şigeru İtaya, "Kaqa"dan Toşio Şiga, "Söryu"dan Masaharu Kanba, "Hiryu"dan Kiyokuma Okajima, "Zuikaku"dan Masao Sato, "Şokaku"dan Tadaşi Kaneko) Hədəf: Hickam aviabazası, Viheeler aviabazası, Kaneohe aviabazası.
Qalereya
Amerika Birləşmiş Ştatları Hazırlıqları 200px|thumb|left|Admiral E. Kimmel, Amerika Sakit Okean Donanması 150px|thumb|right|General-leytenant Valter C. Şort, Pörl-Harbordakı Ordu stansiyasının komandiri.