— 2009–2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyniadlı anime serial və film adaptasiyaları.
Məzmun Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir.
Media
Manqa Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı.
Anime Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
Film Prodüseri Showgate, rejissoru isə Daiqo Matsui olan film 2013-cü ilin aprelində elan olunmuş, həmin ilin oktyabrın 12-də isə o, üzə çıxıb. Masaki Suda Tadakuni, Şuhei Nomura Yoşitake, Ryo Yoşizava isə Hidenori rolunu oynadı. Filmin məzmunu orijinaldan olan Şimalı Sanada məktəbin qonuşu qızlar məktəbi ilə birgə festival hazırlanmanın ətrafında fırlanır. Film Yaponiyada Blu-ray və DVD formatlarında Pony Canyon şirkəti tərəfindən 2014-cü ilin martın 19-da çıxarılıb.
İstinadlar
Kateqoriya:2009-cu ilin manqaları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:Yaponiya filmləri Kateqoriya:2000-ci illərin veb-komiksləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Sunrise (şirkət) Kateqoriya:TV Tokyo verilişləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Square Enix manqaları Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Dayqo Matsuinin filmləri Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar