Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısıÇevrilişin məşhurlaşdırdığı aparıcı - FOTO . milli.az, 18.07.2016 . O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib.
Həyatı Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub.
Hacettepe Universitetinin məzunudur.
Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb.
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib:
"Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi. Bizi əsir tutanlar bu hərəkəti ölkənin mənfəəti üçün etdiklərini, heç kimə zərər verməyəcəklərini söyləyirdilər. Silahları ilə bizi təhdid etdilər".
İstinadlar
Xarici keçidlər Darbe bildirisi okutulan TRT spikeri Tijen Karaş o anları anlattı !!! — YouTube saytı
Kateqoriya:Ankarada doğulanlar Kateqoriya:Hacettepe Universitetinin məzunları Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:Diktorlar Kateqoriya:XXI əsr Türkiyə qadınları