() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir.L Crandall The management of wild animals in captivity. — Chicago: University of Chicago Press, 1964. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.

Etimologiya və tədqiqat tarixi Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır.

Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır.. Bəbirin ilk taksonomik adı olan Felis pardus Karl Linneyə məxsus "Systema naturæ" adlı elmi tədqiqat işidəndir. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir..

Filogenezi və təkamülü Antropoloji qazıntıların molekulyar filogenetik və kladistik müayinələr sübut edir ki, növün yaranma mərkəzi Asiya qitəsidir.

Bəbirin əcdadı digər panter cinsindən olanların əcdadları kimi ümumi əcdaddan 11 milyon il bundan əvvəl ayrılmışdır1 2 3 4 Johnson, W.E., Eizirik, E., Pecon-Slattery, J., Murphy, W.J., Antunes, A., Teeling, E. & O'Brien, S.J. (2006). "The Late Miocene radiation of modern Felidae: A genetic assessment.". Science 311 (5757): 73–77. DOI:10.1126/science.1122277. PMID 16400146.. Antropoloji qazıntılar göstərir ki, müasir bəbirin əcdadı 3,8 milyon il əvvəl meydana gəlmişdir.

Müxtəlif üsullarla əldə edilmiş molekulyar filogenetik nəticələr göstərir ki, Panthera cinsli növlərin bir-birilə sıx qohumluğu var. Ümumi əcdaddan bəbir bir növ kimi pələng və irbisdən sonra, şir və yaquardan isə çox əvvəl formalaşmışdır.

Hesab edilir ki, bəbirin əcdadı Asiya qitəsində meydana gəlmiş və Afrikaya miqrasiya yolu ilə yayılmışdır.

Müasir bəbir isə təxminən 470 000—825 000 il öncə Afrikada formalaşmış və Asiyaya 170 000—300 000 il bundan qabaq yayılmışdır.Uphyrkina, O.; Johnson, E.W.; et al. (November 2001). "Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus". Molecular Ecology 10 (11): 2617–2633. DOI:10.1046/j.0962-1083.2001.01350.x. PMID 11883877.

Dişlərinin quruluşu Yaşlı bəbir digər pişikkimilərin nümayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə (premolyar) və ya kiçik azı dişlər, 1 arxa çeynəmə (molyar) və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə (premolyar) ya kiçik azı dişlər, 1 çeynəmə (molyar) və ya böyük azı dişlər yerləşmişdir.Diş düsturu:.

İzahı: I (lat. dentes incisivi) — kəsici diş C (lat. dentes canini) — köpək dişi P (lat. dentes premolares) — ön ceynəmə və ya kiçik azı dişlər M (lat. dentes molares) — arxa çeynəmə və ya böyük azı dişlər

Yarımnövləri Bəbir əsasən ləkələrinin yerləşməsi və rəng çalarına görə 27 yarımnövə ayrılır. Lakin DNT-loji tədqiqatlar əsasən 8, ya 9 yarımnöv təsdiq edilir.Olga Uphyrkina et al.: Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus. Molecular Ecology, Volume 10, Issue 11, Page 2617 — November 2001 online Sriyanie Miththapala: Phylogeographic Subspecies Recognition in Leopards (Panthera pardus): Molecular Genetic Variation. Conservation Biology Volume 10 Issue 4 Page 1115 — August 1996 abstract . , Afrika

, İndoneziya-(Yava adaları) ,Hindistan, Pakistan, Nepal ,Şri-Lanka (Seylon) , Çin ,Rusiya-(Uzaq şərq), Şimali Çin, Koreya ,Yaxın Şərq, Qafqaz

,Ərəbistan yarımadası

Nəsli kəsilmiş — Bir zamanlar Avropa ərazisində geniş yayılmış yarımnöv olmuşdur. Çox təəssüflər olsun ki, 10 000 il bundan qabaq kökü kəsilmişdir.

Qara (melanist) Bəbir Təbiətdə nadir hallarda qara rəngli bəbirlərə də rast gəlinir. Qara bəbirləri melanis yəni, qara piqmentləşmiş bəbirlər adlandırırlar. Dərisini qara rəngi monogenetik ressesiv əlamət olub, adi xallı bəbir valideynlərindən melanis bəbirlər dünyaya gələ bilir. Belə ki qara rəng daşıyan genlər xallı bəbirlərdə ressesivdir. Hər iki valideyndən alınan bu ressesiv genlər bir araya gəldikdə (rastgəlmə ehtimalına əsasən) onda bala qara rəngli ola bilir. Əlbəttə ki, bu ehtimal çox da böyük olmadığından qara bəbirlərə də nadir hallarda rast gəlinir.

Yaşayış yeri

Bəbir tropik və subtropik qurşaqların tipik nümayəndəsidir. O, dərin qar örtüyünə və soyuq iqlimə az uyğunlaşır. Uzaq şərqdə rast gəlinən bəbirlər əsasən qar örtüyü az və daimi olmayan yerlərdə yaşayırlar. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır.

Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.

Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır. Bəbirlər oturaq həyat tərzi keçirirlər. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2

250px|thumb|right|İstirahət edərkən

Yuvaları, müvəqqəti daldanacaqları Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerində istirahət edirlər. Pis havalarda bu heyvanlar küləkdən, yağışdan, qardan daldalanmaq üçün qapalı yerlərdə gizlənirlər.

Ana bəbirlərin bala çıxartdığı yuvalar sərt dərələrin əlçatmaz yarğanlarında, daş yığnaqlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkən kolları ilə örtülmüş çoxlu mağara və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətraf yerlərdən seçilmir və onların ətrafında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir. Balaları böyüdükdə ana bəbirlər daldalandığı yerləri vaxtaşırı dəyişir.

Qidalanması və ov etmə üsulları 250px|right|thumb|Uğurlu ov Bu yırtıcının qidalanması çox müxtəlifdir. O, bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Onun əsas qidasını vəhşi cütdırnaqlı heyvanlar dağ keçiləri və qoyunları, nəcib maral, cüyür və çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki hücum etmir. Qida azlığından bəbirlər tirəndazlarla və ev heyvanları ilə qidalanmağa məcburdurlar. Tirəndaz ovlayarkən bəbirlər özləri də yaralanırlar.

Bəbir tülkülərə, çaqqallara, canavarlara, porsuqlara, xırda pişiklərə, siçanabənzər gəmiricilərə və quşlara da (kəkliklərə) hücum edir. Cütdırnaqlı az olan yerlərdə bu onların yaşamasına kömək edir.

Bu yırtıcılar ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld sıçrayışla onun üstünə atılırlar. Bu cür ildırım sürətilə sıçrayarkən onun şikarı özünü itirir və kanara qaçmağa macal tapmır. Onun sıçrayışı uğursuz olduqda əlindən çıxmış şikarının dalınca düşüb onu izləmir.

İkinci halda bəbirlər heyvanların su içdiyi və ya keçdiyi yerlərdə pusquda durub gözləyir. Ötüb keçən heyvanın üzərinə 6–8 m olan sıçrayışla atılır.

Xırda heyvanları pəncəsinin zərbəsilə öldürür, irilərinin üzərinə sıçrayaraq əvvəlcə onları yerə yıxır. Şikarının buynuzlarından və təpiklərindən qorunmaq üçün boğazından tutaraq son nəfəslərinə kimi onu boğur. Yıxılmamış heyvanların boyunlarından dişləri ilə yapışır. Əlindən çıxmış heyvanı bəzən qovub çatır və ön pəncəsinin zərbəsilə yerə sərir.

İri qabanları ovlamaq xüsusi bacarıq tələb edir və bu işi yalnız təcrübəli bəbirlər bacarırlar. Az təcrübəsi olanlar qabana hücum edərkən ciddi zədələr alırlar. Tirəndazı ovlayarkən bəbirlər təhlükəli iynələrdən yayınmaq üçün həmişə bir müddət onun ətrafında fırlanır və nəhayət imkan düşən kimi pəncələri ilə ən zərif hissəsi olan başından vurub ölümcül hala salır.

Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə ova çıxmış görmək olar. Şikarını ovlayandan sonra bəbirlər qəniməti ilə birlikdə gizlənməyə çalışırlar. Bir dəfəyə bəbir 2-3 kq ət yeyir. Zooparklarda da onlara gündə bu qədər ət verirlər. Ac bəbirin bir dəfəyə bütöv bir cüyürü yeməsi məlumatı doğru deyildir. Yem olmadıqda bəbirlər 7-11 gün ac qala bilir və bu zaman aktivliyi itirmirlər.

Həyat tərzi və davranışı

Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu yırtıcı ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini büruzə vermir. Əsas hallarda görünməz qalmağa çalışır və birinci olaraq hücum etmir. Adamla qarşılaşdıqda yavaş-yavaş kənarlaşır və hətta ona uğursuz atəş açdıqda belə qaçmağa tələsmir. Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. XX əsrin 1980-ci illərində Qərbi Kopetdağda (Türkmənistan) 8 dəfə, Talış dağlarında və Naxçıvanda (Azərbaycan) isə cəmi 4 dəfə bəbirin insana hücumu hadisəsi baş vermişdir və bütün hallarda hadisənin səbəbkarı insan özü olmuşdur. Hər heyvanın öz fərdi sahəsi olur. Qərbi Kopetdağda bir erkək fərdin ərazisi 40-50 min, dişilərin isə 15-20 min hektara çatır. Bir erkək bəbirin fərdi sahəsində 2-3 dişi fərd yaşaya bilir.Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013

Çox hallarda bəbirlər dağların ətəyi və dərələrin dibi ilə gəzirlər. Cavan fərdlər, yaşlı erkəklər və dişilər yalquzaq həyat tərzi keçirirlər. Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır.