Quaxira () — Kolumbiyanın şimal qutaracağında Quaxira departamentində, ölkənin paytaxtı Boqotadan 610 km şimalda yerləşən qumlu səhra. Səhranın həm də bir hissəsi Venesuelanın Quaxira yarımadası ərazisində yerləşir. Səhranın sahəsi 18 000 km² təşkil edir. Ərazisində köklü xalq olan vayyo yaşayır. Onlar əsasən maldarlıqla məşğul olur və mirvari toplayırlar
Səhra ərazisində böyük Daş kömür ehtiyatı vardır.
Səhra ərazisinin bir hissəsi Makuira Milli Parkı () ərazisinə daxildir. Milli park 25 000 ha əraziyə malikdir. Milli park 1977-ci ildə bu statusu almışdır.
İstinadlar
Mənbə Makuira Milli Parkı
Kateqoriya:Venesuela səhraları Kateqoriya:Kolumbiya səhraları Kateqoriya:Kolumbiya departamentləri