Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.

Haqqında

Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar.

... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.

Tərcümə və nəşr Kitab azərbaycan dilində 3 dəfə - 2013, 2014 və 2016-cı illərdə təkrar nəşr olunub.

2014-cü ildə türk dilinə tərcümə olunaraq Türkiyədə "Sokak Kitapları" nəşriyyatında nəşr olunub.

Satış

"Kitabevim.AZ" kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 11-ci olub.

Həmçinin bax Çətin olsa da, həyat davam edir

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ilin əsərləri