Fernandu-di-Noronya () — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir.
Coğrafiya thumb|left|275px Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir.
Adalar Fernandu-di-Noronya Rata (Ilha Rata) Konseisau (Ilha da Conceição) San-Joze (Ilha de São José) Şopo-du-Nordeste (Ilha do Chapéu do Nordeste) Trista-Reis (Ilha Trinta-Réis) Rasa (Ilha Rasa) Şopo-du-Sueste (Ilha Chapéu do Sueste) Duş Ovoş (Ilho dos Ovos) Meio (Ilha do Meio) Lusena (Ilha do Lucena) Kuskuz (Ilha do Cuscuz) Kаbеludа (Ilha Cabeluda)
Qayalar Morro-du-Leau (Rochedo do Morro do Leão) Morro-da-Viuvinya (Rochedo do Morro da Viuvinha) Sela Jineta (Rochedo Sela Gineta) Frade ada qayası (Rochedo da Ilha do Frade) Perdaş Sekaş (Rochedo das Pedras Secas) Dioş İrmauş (Rochedo Dois Irmãos) (Klippe bei Ilha dos Ovos) (Klippe in der Nähe von Ponta das Caracas und Baía Sueste)
Təbiət və iqlimi İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür. Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir. Endemik canlıları — Elaenia ridleyana və Vireo gracilirostris.
2001-ci ildə Fernandu-di-Noronya arxipelaqı və Rokas atolu UNESCO Ümumdünya İrsi siyahısına daxildir.
Tarixi Arxipelaq 1501 və ya 1502-ci ildə portuqal ekspedisiya rəhbəri Qaşpar Lemuş və ya Qonzalo Koelu tərəfindən kəşf edilmişdir. Adalar ekspedisiyanı maliyyələşdirən yəhudi Fernandu-di-Noronyanın şərəfinə adlandırılmışdır. 1 iyun 2009-cü ildə Arxipelaqdan 650 km şərqdə Airbus A330–203 sərnişin təyyarəsi qəzaya uğramışdır. Rio-de-Janeyrodan Parisə istiqamətlənən, Air France şirkətinə məxsus təyyarə pis hava səbəbindən qəzaya uğramışdır. Göyərtəsində olan 228 nəfrin hamısı həlak olmuşdur.
Əhalisi 2009-ci ildə arxipelaqın əsas adasında 3 100 nəfər yaşayırdı. Digər adalar insanlar tərəfindən ziyarət edilsə də, daimi yaşayış yoxdur.
Turizm Turistlər arasında arxipelaq dayvinq və serfinq kimi idman növlərinə görə məşhurdur.
İstinadlar
Mənbə Fernandu-di-Noronya Arxipelaq haqqında
Kateqoriya:Braziliya adaları Kateqoriya:Braziliyadakı ümumdünya irsi Kateqoriya:Pernambuku coğrafiyası Kateqoriya:Atlantik okeanın adaları Kateqoriya:Dəniz qoruqları Kateqoriya:Atlantik okeanın arxipelaqları