Mariya Oleqovna Muzıçuk (; ) — Ukrayna şahmatçısı, qadın şahmatı tarixində 15-ci, ukraynalı qadın şahmatçıları arasında isə ikinci (Anna Uşeninadan sonra) dünya çempionu (6.4.2015–14.3.2016). İkiqat Ukrayna çempionu (2012, 2013). Ukraynanın qadınlardan ibarət yığmasının heyətində komandalar arası dünya (2013) və Avropa çempionatının (2013) qalibi. Qadınlar arasında qrosmeyster (2007), beynəlxalq usta (2008), qrosmeyster (2015).GM norm certificate FIDE

Şahmat karyerası Mariya 2010-cu ilin noyabrında dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il qadınlar arasında dünya çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Harika Dronavalliyə məğlub oldu.

2015-ci il qadınlar arasında dünya çempionatının ilk raundunda əsas oyunlarda Yuanlinq Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda Polşalı rəqibi Monika Sotsko ilə görüşdə də eyni mənzərə müşahidə olundu, əsas oyun heç-heçə bitdi, taybreyklərdə isə Mariya qələbə qazandı. Üçüncü raundda qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi. Dörddə-bir finalda bir nömrəli Kampi Koneru, sonra isə yarımfinalda Harika Dronavalli üzərində qələbə qazandı. Finalda isə 2½–1½ hesabı ilə Nataliya Poqonina üzərində qələbə əldə etdi. Bu qələbənin nəticəsi olaraq o, qrosmeyster titulunu aldı və 2015-ci il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Gələcək dünya çempionunu turnirin gedişində beynəlxalq qrosmeyster Aleksandr Belyavski çalışdırıb.

Mariya dünya çempionatında qələbəyə görə, 2015-ci il aprelin 8-də III dərəcəli "Xidmətlərinə görə" ordeni ilə təltif edilib.

Şəxsi həyatı Mariya Ukrayna şahmatçısı Anna Muzıçukun kiçik bacısıdır. Hər iki bacı şahmatdan başqa stolüstü tennis də oynayır.

İdman nəticələri

Turnirlər İl ŞəhərTurnir+ − = NəticəYer2013 Kiyev Ukrayna çempionatı 6 0 3 9-dan 7½ Gold2015 Soçi Dünya çempionatı 10 3 11 24-dən 15½ Gold

Şahmat olimpiadaları İl ŞəhərTurnir+ − = NəticəYer (komanda) Yer (şəxsi)2010 Xantı-Mansi 24-cü Olimpiyada 5 1 3 9-dan 6½ 9 Gold2012 İstanbul 25-ci Olimpiyada 3 0 6 9-dan 6 Bronze Silver2014 Tromse 26-cı Olimpiyada3 1 6 10-dan 6 Bronze 8

Dünya çempionatları İl ŞəhərTurnir+ − = NəticəYer (komanda) Yer (şəxsi)2009 Ninbo 2-ci dünya çempionatı TBD TBD TBD TBDBronze TBD2011 Mardin 3-cü dünya çempionatı TBD TBD TBD TBD TBD TBD2013 Astana 4-cü dünya çempionatı TBD TBD TBD TBD Gold TBD2015 Çendu 5-ci dünya çempionatı 3 0 5 8-dən 5½ 5 Bronze

Avropa çempionatları İl ŞəhərTurnir+ − = NəticəYer (komanda) Yer (şəxsi)2011 Porto Karras 9-cu Avropa çempionatı 4 1 3 8-dən 5½ 4 52013 Varşava 10-cu Avropa çempionatı 6 1 1 8-dən 6½ Gold Gold2015 Reykyavik 11-ci Avropa çempionatı 6 2 0 8-dən 7 Silver Gold

İstinadlar

Xarici keçidlər

FIDE Chess profili Mariya Muzychuk. Chess-DB.com Mariya Muzychuk . Chessgames.com Mariya Muzychuk. 365Chess.com

Kateqoriya:Lvovda doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukrayna şahmatçıları Kateqoriya:Qadınlar arasında şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri