Love, Chunibyo & Other Delusions (), Yaponiyada tanınan adı ilə və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır.
Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun Yuuta Toqaşi orta məktəbdə ikən "8-ci sinif sindromu"na (çuubinyo) yaxalanmış oğlandır: fövqəltəbii güclərə malik olduğuna inanır və özünü "Qara alov ustası" adlandırır. Buna görə də sinif yoldaşları ondan uzaqlaşırlar. Artıq bu sindromdan qurtulmuş Yuuta "utandırıcı" keçmişindən qurtulmaq üçün heç kimin onu tanımadığı yeni liseyə keçir. Lakin onun arzusu təhlükə altına düşür: yeni sinfində təhsil alan Rikka Takanaşi də çuubinyodur və Yuutanın keçmişini öyrənər-öyrənməz Yuuta ilə maraqlanmağa başlayır.
Hekayənin gedişatında Rikka ilə Yuutanın aralarındakı münasibətlər getdikcə güclənir. Yuuta onun xəyallarını narahatlıq yaradan və utandırıcı hesab etsə də, Rikkanı qəbul edir. Yuuta Rikkaya bir çox məsələlərdə, məsələn klub qurmaqda kömək edir. Yuuta yay tətilində Rikkanın çox sevdiyi atasının iki il əvvəl sağalmaz xəstəlikdən öldüyünü və Rikkanın atasına yenidən qovuşmaq üçün axtardığını öyrənir. Yuuta Rikkaya kömək etmək qərarına gəlir.
Personajlar
Əsas kişi personajdır. Əsas hadisələr başlamazdan Yuuta 8-ci sinif sindromuna yaxalanmışdı və özünü "Qara alov ustası" adlandırırdı. Buna görə sinif yoldaşları ondan uzaqlaşmışdırlar. Keçmiş həyatını utandırıcı hesab edən Yuuta yeni həyata başlamaq üçün yeni məktəbə keçir. Lakin Rikka ilə tanış olduqdan sonra "keçmişi yenə onun arxasınca düşür". O və Rikka sonda çox yaxın olurlar və görüşməyə başlayırlar. Satone Şiçimiya onun keçmiş sinif yoldaşıdır, Yuutanın 8-ci sinif sindromuna yaxalanmasına məhz Satone səbəb olmuşdu.
Hekayənin əsas qadın personajıdır. Yuuta ilə bir sinifdə oxuyur və onun üst qonşusudur. Rikka da Yuuta kimi 8-ci sinif sindromuna yaxalanıb, lakin ondan fərqli olaraq sindromdan çıxmayıb. Rikka düşünür ki, adlı gücə malikdir. Yaralı olmamasına baxmayaraq, sağ gözünə sarğı taxıb və sol gözünü sarıyıb, belə etdikdə bədənindəki lənəti möhürlədiyini deyir. Pomidor yeməyi sevmir. Yuuta ilə yaxın olsa da, tanımadığı adamlarla qarşılaşanda döyüş vəziyyəti alır. Onun fentezi silahı büzməli çətirdir və ondan qılınc kimi istifadə edir. Xəyali əməliyyatlarına gedərkən uzunboğaz corab və qotik paltar geyinir. Bir az yöndəmsiz və unutqan qızdır. Rikkanın 8-ci sinif sindromuna yaxalanmasına Yuuta səbəb olmuşdu. Belə ki, Yuutanın 8-ci sinif sindromunda olduğu dövrdə onun "xəyalları"na şahidlik etmişdi. Rikka və Yuuta daha sonra görüşməyə başlayırlar, lakin Rikkanın 8-ci sinif sindromu onların münasibətlərinin irəliləməsinə mane olur.
Yuutanın sinif yoldaşı və sinif nümayəndəsidir. Gözəlliyinə görə sinifin ən populyar qızıdır, hər kəs onun mülayim və mehriban qız olduğunu düşünür. Lakin əslində Yuuta kimi keçmişdə 8-ci sinif sindromuna yaxalanmışdı və özünü 1.200 yaşı olan adlandırırdı. 8-ci sinif sindromundan qurtulandan sonra keçmişini arxada buraxmaq üçün Yuuta kimi məktəbini dəyişmişdir. Şinka 8-ci sindromunda olarkən yazdığı "Mabinoqion" adlı kitabın Sanaedə olduğunu öyrənəndə kitabı ələ keçirmək üçün Rikkanın məktəb klubuna qatılır. Lakin məqsədi ortaya çıxanda əsl təbiətini göstərir: bir az kobud və tez əsəbləşən qızdır. Yuuta əvvəlcə Şinka ilə sevgili olacağını düşünür, lakin onun səl təbiətini gördükdən sonra onunla sadəcə dost olmağa qərar verir. Sanae onun əsl Mori Sammer olduğuna inanmır, onu "saxta Mori Sammer" çağırır və ona tez-tez sataşır. Buna görə onlar tez-tez mübahisə edirlər.
Liseyin üçüncü sinifində oxuyan qızdır və sadəcə animedə görünmüşdür. Onun çox uzun hörükləri var və onlardan silah kimi istifadə edir. Rikka kimi Sanae də 8-ci sinif sindromundadır və Rikkanı ustası hesab edir. Lakin Rikkadan fərqli olaraq qiymətləri əladır, sinifinin ən yaxşı oxuyanıdır və riyaziyyatı əla bilir. Mori Sammerin böyük fanatıdır, "Mabinoqion" kitabının bir neçə nüsxəsini hələ də özündə saxlayır. Lakin Şinkanın əsl Mori Sammer olduğuna inanmır və onu saxta adlandırır. Cümlələrinin çoxunu "desu" sözü ilə bitirir, çünki "desu" sözünün "death" ("ölüm") sözü kimi səsləndiyini düşünür. Sanae bilir ki, xəyalları xəyaldan başqa bir şey deyil. Ailəsi çox varlıdır, lakin dostlarının arasında bunu hiss etdirmir. Daha sonra Yuta və dostlarının oxuduğu liseyə keçir.
Makoto Yuutanın sinif yoldaşıdır və onun arxasındakı partada əyləşir. Makoto sinifin qızlarını analiz etməyi sevir. Qızların diqqətini cəlb etmək məktəbin musiqi klubuna qoşulur və gitara alır, lakin çalmağı bacarmır. Sinifdə "ən gözəl qızlar" adlı sorğu keçirir və məlumatları bir dəfə qeyd edir. Lakin bu dəftəri tapılandan sonra qızlar üzr istəməyə və saçlarını kəsdirməyə məcbur olur. Animedə Kuminə aşiqdir.
Ancaq animedə görünən personajdır. Qayğısız qızdır və digərləri ilə eyni məktəbə gedir, lakin onların senpayıdır. Yatmağı çox sevir, hara gedirsə, özü ilə balış və ya balışlar gətirir. Hətta bəzən məktəbin həyətində futonla yatır. Kumin çox köhnəpərəst və köhnədəblidir, lakin Makoto onu bu xüsusiyyətinə görə sevir. Məktəbdə yuxu klubunu qurur, lakin heç kim kluba üzv olmadığından klubunu Rikkanın klubu ilə birləşdirir. Rikka və Sanaeyə olan hörmətinə görə onların fentezi xəyallarını başa düşmək istəyir. Pişikləri də çox sevir.
Yuuta və Rikkanın müəllimidir. Mehriban, amma şagirdlərinə, xüsusilə Rikkaya sataşmağı sevir. Yuuta və Rikka onu Nana-çan çağırırlar.
Sadəcə animedə görünən personajdır. Rikkanın böyük bacısıdır, restoranda baş aşpaz kimi işləyir. Kiçik bacısının 8-ci sinif sindromunda olmasını istəmir, onu tez-tez əlində tutduğu çömçəsi ilə vurur. Akrobatik və elastik bədən quruluşuna malikdir, bunun səbəbi liseydə oxuyarkən gimnastika ilə məşğul olmasıdır. Rikka bacısını şeytanın yüksək səviyyəli rahibəsi hesab edir və onu "Ruhani üfüq"ü tapmaqda mane olmaqda günahlandırır. Toka daha sonra işləmək üçün İtaliyaya gedir.
Yuutanın ən kiçik bacısıdır, beş yaşı var. Yuutanın 8-ci sinif sindromunda aldığı antik əşyaları maraqlı hesab edir və onları "cool" adlandırır. Rikkaya heyranlığı var.
Yuutanın kiçik bacısıdır. Orta məktəbin 1-ci sinfinə gedir. Yaxşı yemək bişirə bilir.
Satone Yuutanın keçmiş sinif yoldaşıdır. Yuutanın 8-ci sinif sindromuna yaxalanmasına məhz Satone səbəb olmuşdu. Orta məktəbin ikinci ilində Yuuta onunla sağollaşmadan yeni məktəbə keçmişdir. Satone daha sonra Şinka Nibutaninin əvvəllər oxuduğu məktəbə keçmişdir və onlar orada daha yaxın olmuşdurlar. Satone də 8-ci sinif sindromundadır və özünü adlandırır, Yuutanı isə çağırır. O, ilk dəfə ranobe seriyasının 2-ci cildində, animenin isə 2-ci mövsümündə peyda olmuşdur. Satone Yuuta ilə birlikdə orta məktəbdə oxuyarkən ona qarşı sevgi hisləri bəsləmişdir, lakin əbədi olaraq "Sofiya Rinq SP Saturn VII" və "Sehrli şeytan qız" kimi qalmağa qərar vermişdir.
Kazari Yuutanın sinif yoldaşıdır və sinif idoludur. Məktəbində ən gözəl qızlar sıralamasında 2-ci yerdə göstərilmişdi. Nibutani ilə yaxın münasibətləri var.
Media Ranobe "Love, Chunibyo & Other Delusions" Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyasıdır. Torako ranobenin birinci cildini 2010-cu ildə keçirilən birinci Kyoto Animation Mükafatı müsabiqəsinə təqdim etmişdir və əsəri roman kateqoriyasında uğur qazanmışdır. Daha studiya 1 iyun 2011-ci ildə ranobeninin birinci cildini nəşr etmişdir. 14 mart 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır. Dördüncü cild 22 dekabr 2017-ci ildə buraxılmış və sonuncu cild olmuşdur.
Anime
4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Yaponiyada Tatsuya İşiharanın rejissorluğu ilə Kyoto Animation tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. Anime serialının yayımlanmazdan əvvəl YouTube vasitəsilə 27 sentyabrdan 1 noyabr 2012-ci ilə kimi həftəlik olaraq 6 seriyalıq "Love, Chunibyo & Other Delusions Lite" adlı ONA seriyası yayımlanmışdır. Anime serialı 19 dekabr 2012-ci ildən 15 may 2013-cü ilə kimi BD/DVD cildlərində buraxılmışdır. Cildlərə adlı bonus seriyalar əlavə olunmuşdur. Yeddinci cild OVA seriyası, əlavə "Depth of Field" seriyası və "Lite" seriyaları ilə birlikdə 19 iyun 2013-cü ildə buraxılmışdır.
Animenin açılış mahnısı Zaq tərəfindən ifa olunan "Sparkling Daydream" mahnısı, bağlanış mahnısı Black Raison d'être (Maaya Uçida, Çinatsu Akasaki, Azumi Asakura və Sumire Uesaka) tərəfindən ifa olunan "Inside Identity" mahnısıdır. Üç əlavə mahnıdan istifadə olunmuşdur: 8-ci seriyada Zaq tərəfindən ifa olunan mahnısı, 10-cu seriyada Zaq tərəfindən ifa olunan mahnısı və 10-cu seriyada Maaya Uçida tərəfindən ifa olunan mahnısı səsləndirilmişdir. "Sparkling Daydream" sinqlı 24 oktyabr 2012-ci ildə, "Inside Identity" sinqlı 21 noyabr 2012-ci ildə buraxılmışdır. "Lite" seriyalarının açılış mahnısı mahnısı, bağlanış mahnısı isə mahnısıdır. Hər iki mahnı Zaq tərəfindən ifa olunmuşdur.
Birinci mövsümdə baş verən hadisələri Rikkanın prespektivindən nəql edən adlı anime filmi Yaponiya kinoteatrlarında 14 sentyabr 2013-cü ildə göstərilməyə başlamışdır. Film 19 dekabr 2014-cü ildə DVD və BD formatlarında buraxılmışdır. Animenin ikinci mövsümü Yaponiyada 8 yanvarda 26 mart 2014-cü ilə kimi nümayiş etdirilmiş və Crunchyroll vasitəsilə yayımlanmışdır. Açılış mahnısı Zaq tərəfindən ifa olunmuş "Voice" mahnısı, bağlanış mahnısı isə Black Raison d'être tərəfindən ifa olunan "Van!shment Th!s World" mahnısıdır. İkinci mövsümün "Lite" seriyaları YouTube-da 26 dekabr 2013-cü ildə buraxılmışdır. "Lite" seriyalarının bağlanış mahnısı Zaq tərəfindən ifa olunan mahnısıdır.
adlı ikinci filmin premyerası 6 yanvar 2018-ci ildə baş tutmuşdur.
Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
İstinadlar
Xarici keçidlər Ranobenin rəsmi saytı Animenin rəsmi saytı
Kateqoriya:2011-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2012-ci ilin anime ONA-ları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:2013-cü ilin anime OVA-ları Kateqoriya:2013-cü ilin anime filmləri Kateqoriya:2013-cü ilin anime ONA-ları Kateqoriya:2014-cü ilin anime serialları Kateqoriya:2014-cü ilin anime OVA-ları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Kyoto Animation Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Yonkoma Kateqoriya:2018-ci ilin anime filmləri Kateqoriya:Anime filmləri