Dinq Liren (; ) — Çin şahmatçısı, qrosmeyster (2009), Şahmat üzrə 17-ci Dünya Çempionu (2023–2024). Dörd yaşından şahmat oynayır. O, tarixdə ən yüksək reytinqli Çin şahmatçısı və eyni zamanda üçqat Çin çempionudur. Şahmat üzrə dünya çempionu olan ilk çinli.
Şahmat karyerası 6 iyun 2009-cu ildə, 16 yaşı olarkən o, kişilər arasında ən gənc Çin çempionu adını qazandı. 2011-ci ilin aprelində Dinq Liren yenidən ölkə çempionu adını qazanır və bir il sonra bu qələbəni təkrarlayır.
2011-ci il Dünya Kubokunun ilk raundunda Uesli Soya məğlub olaraq mübarizəni dayandırıb.
2015-ci il Tata Steel Şahmat turnirində Dinq Liren Maqnus Karlsenlə heç-heçə edərək yalnız yarım xal fərqi ilə Karlsendən sonra yarışın ikincisi olur.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Liren Ding. Chess-DB.com Liren Ding . Chessgames.com Liren Ding. 365Chess.com
Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Çin şahmatçıları Kateqoriya:Şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları