Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan azərbaycan etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türkləridir, oğuz türklərinin qərbi qolundandırlar.
Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər.
Tarix Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir.
Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir.Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi: Doç. Dr. Ekrem Pamukçu :Kerkük tarihi Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər.
932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir. Büveyhilər 932–1028-ci illərdə Cibal əyalətini, 934–1062-ci illərdə Fars əyalətini, 936–1048-ci illərdə Kerman əyalətini, 945–1055-ci illərdə Bağdad şəhəri mərkəz olmaqla İraqi Ərəb əyalətini idarə etmişdirlər.
945-ci ildə İraqın Büveyhilərin əlinə keçməsi ilə Abbasi xəlifələri faktiki Beveyhilərin oyuncağına çevrildilər. Beləki onların şərti hakimiyyəti yalnız Büveyhilərin icazəsi ilə saxlanılmışdı. Büveyhilər dövründə yeni türk dalğaları artıq əsasən indiki İraqın şimalında Səmərra, Mosul, Kərkük, Ərbil kimi stratejik əhəmiyyətə sahib şəhərlərdə yerləşməyə başladılar. Yeni dalğa ilə gələn türklər özlərini Quz adlandırıdılar.
Abbasi xəlifəsi Qaimin xahişi ilə 1055-ci ildə Böyük Səlcuqlu İmperatoru Sultan Toğrul Qınıq öz ordusu ilə Bağdada daxil oldu və Ərəb İraqında Beveyhilərin hakimiyyətinə son qoydu. İraq türklərinin ən böyük tayfalarından biri olan bayatların Ərəb İraqına ilk gəlişləri 1055-ci ildə Səlcuqluların gəlişi ilə birlikdə baş vermişdir.
Sayları thumb|right|150px|İraqlı türkman qızı "Dorling Kindersley" beynəlxalq nəşriyyat evinin 2010-cu ildə Londonda nəşr etdirdiyi atlasa görə 30.7 milyon nəfər olan İraq əhalisinin 3%–ni türkmanlar təşkil edir.Country Factfiles. — Iraq, page 239. // Atlas. Fourth Edition. Editors: Ben Hoare, Margaret Parrish. Publisher: Jonathan Metcalf. First published in Great Britain in 2001 by Dorling Kindersley Limited. London: Dorling Kindersley, 2010, 432 pages. ISBN 9781405350396
Suphi Saatçiyə. görə 1990-cı ilə 17.742 milyon nəfər təxmin edilən İraq əhalisinin 2.129 milyon nəfərini və ya 12%-ni türkmanlar təşkil edirdi.
Kərküklü alim Erşat Hürmüzlü. 2003-cü ildə İstanbulda (ərəb dilində) nəşr edilmiş "Türkmanlar ve İrak" kitabında (səh. 81–84) 1957-ci siyahıyaalınmasının 1959-cu ildə elan olunmuş nəticələrinə əsaslanaraq, həmçinin müvafiq zaman intervalında İraq əhalisinin təbii artımı göstəricilərini nəzərə alaraq apardığı hesablamaya əsasən ümumi əhalisi 25 milyon nəfər olan İraqda türkmanların sayının 2 milyondan az olmadığını təxmin etmişdir.Who Owns Kirkuk? The Turkoman Case (author Yücel Güçlü), page 79–86. // Middle East Quarterly Journal. Volume XIV, Number I. Philadelphia, Winter 2007, 96 pages.
İraqlı yazar Əhməd əl–Hürmüziyə görə İraqda sayları 2 milyondan çox olan türkmanların əksəriyyəti müsəlman olsa da onlardan təqribən 30 min nəfəri xristiandır..
Rəsmi 1927, 1934, 1947, 1957, 1965, 1977, 1987 və 1997-ci illərdə İraqda ölkə əhalisi rəsmən siyahıya alınmışdır. Rəsmi siyahıya almaların yekunlarına əsasən : 1957-ci (həmin ildə elan olunmuş ilkin məlumatlara əsasən) il İraqda Türkmanlar 136,800 nəfər (və ya əhalinin 2,16%-i): Kərkük vilayətində 83,371 nəfər Kərkük şəhərində 45,306 nəfər 1977-ci il İraqda Türkmanlar 132,000 nəfər (və ya əhalinin 1,15%-i): Kərkük vilayətində 80,347 nəfər Ninəvə vilayətində 9,487 nəfər 1987-ci il İraqda Türkmanlar 222,000 nəfər: Kərkük vilayətində ? nəfər Ninəvə vilayətində 1,681 nəfər Diyalə vilayətində 8,885 nəfər 1997-ci il İraqda Türkmanlar 227,000 nəfər: Kərkük vilayətində 50,099Power-Sharing in Kirkuk: Conflict or Compromise? nəfər Diyalə vilayətində 1,555 nəfər
İraq hökumətinin 1957-ci il əhalinin siyahıya alınmasının 1958-ci il inqilabından sonra 1959-cu ildə elan etdiyi son göstəricilərinə görə İraq əhalisinin təxminən 9%-i (567,000 nəfər)Ersed Hurmuzlu, "Kerkük ve Türkmeneli Bölgesinin Etnik Yapısı", Kardaşlık journal, vol. 34. türkmanlar olmuş, Kərkük vilayətində əhalinin yarıdan çoxunu (180,000 nəfər) türkmanlar, 1/3-ni isə kürdlər təşkil etmişdir.Crisis in Kirkuk: The Ethnopolitics of Conflict and Compromise: Авторы: Liam D. Anderson, Gareth R. V. Stansfield Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər) isə tükmanların ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən az göstərilmişdir. Təxmini mütəxəssis qiymətləndirilmələrinə görə indi sayları təxminən İraq əhalisinin 13%-i qədərdir.İraq Türkmən Cəbhəsi : Irak Türklerinin yerleşim durumu -…Irak'taki Türk nüfusu, Türkiye Cumhuriyeti'nin Irak'la sınır teşkil ettiği Hakkari Siirt illeri hattından başlar, Musul şehrinin kuzey doğusunda bulunan Irak'ın en büyük ilçesi konumunda olan Telafer Şehri'ni (Irak'ın Türk yerleşim bölgesinin kuzey ucudur) içine alır. Telafer şehri bir Türk şehri olmakla birlikte nüfusu bir milyona yakındır. Telafer 'den itibaren şerit halinde devam eden Türk yerleşim bölgesi Musul'u içine alarak doğuya ve güneye doğru ilerler doğuda diğer bir Türk şehri olan Erbil şehri bulunmaktadır. Erbil 'in güneyinde Altın Köprü ilçesi, güneye doğru aynı uzaklıkta da Irak Türklüğünün en büyük şehri ve Irak Türklüğünün merkezi olan Kerkük bulunmaktadır. Kerkük şehri civarında Türk yerleşim bölgesi genişler. Kerkük'ün güneyine doğru inildikçe Türk yerleşim bölgeleri Dakuk (Tavuk), Tuzhurmatu, Tazehurmatu, Kifri gibi büyük ve önemli Türk ilçeleri ve yüzlerce köyden oluşan Bayat köyleri bulunmaktadır. Ayrıca kuzeyden güneye doğru inildikçe bu tür köylere sürekli rastlamak mümkündür. Bu şerit, çoğunluğunu Türkmen yerleşim bölgelerinin oluşturduğu pek çok kasaba ve yüzlerce köyü de içine alarak Bağdat'ın 120 km doğusuna kadar ilerler diğer Türk kasabaları olan Bedre ve Mendeli 'yi de içine alarak uzanır. Görüldüğü gibi Irak Türkleri, daha çok ülkenin kuzey ve orta bölgelerinde yerleşmekte olup yukarıda belirtilen şehirler ile Bağdat kentine yayılmış durumdadırlar. Bağdat şehrinde 200.000'den fazla Irak Türkü bulunmaktadır. Irak'taki nüfus projeksiyonu 1921, 1926, 1947, 1957 ve 1965 yapılan sayımlarındaki oranlarla 1976 sayımında 11.505.000 iken 1988'de 18.100.000 olarak bulunmuştur. Bu sayımlardaki Irak etnik yapısı aşağıdakı şekilde ortaya çıkmıştır. Arap %62 Türk %15 Kürt %20 Hıristiyan %3 Bu oranlara göre, Irak nüfusunu 20.000.000 (yirmi milyon) olarak alırsak ve Irak'ta bugüne kadar yapılan bütün sayımlar, yıllık büyüme oranı ve buradakı etnik nüfus dağılımını da göz önüne alırsak tahmini nüfus etnik yapıya göre şöyledir; Arap 12.400.000 Türk 3.000.000 Kürt 4.000.000 Hıristiyan 600.000 Ancak yine de Irak'taki Türk varlığının sayısını kesin olarak bilmek çok güçtür.
Məskunlaşdıqları yaşayış məntəqələri 250px|thumb|İraq Hazırda Türkmanlar İraqın 8 elində məskunlaşıblar .
Ninəvə mühafazası 3 sentyabr 1970-ci ildə Mosul mühafazası adı dəyişdirilərək Ninəvə mühafazası olmuşdur. Ninəvə mühafazası inzibati cəhətdən Mosul, Təlafər, Tilkəf, Sincar, Həmdəniyə, Məxmur, Şixan və Hətrə qəzalarına bölünür. Mühafazanın ümumi əhalisi 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 2,473,727 nəfərdir .World Gazetteer : Irak: divisions administratives (population et superficie)
Türkmanlar Mosul şəhərində, Mosul qəzasının kəndlərində, Təlafər şəhərində , Təlafər qəzasının qəsəbə və kəndlərində, Səncər qəzasının bəzi kəndlərində yaşayırlar .
Mosul qəzası Mosul şəhərinin əhalisi də daxil olmaqla qəzadakı əhalinin ümumi sayı 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 1432,2 min nəfərdir . Mosul qəzasındakı Türkman kəndləri: Abbasiyə, Abzah, Ağqoyun, Albəy, Əli Rəis, Ağquş, Arpaçı, Babuniyət, Ba Həmzə, Basəhra, Ba Şika, Bisatlı, BiRhallon, Çilovxan, Çınçı, Dərvişlər, Əbucərbua, Əskişəhər, Faziliyə, Qazixan, Göyçəli, Həmdaniyə, Xaraba, Xarabasultan, Həvvar, Xəznəbənd, Xıdır (İlyas), Xorsabad, İstəh, Qadıköy (Qaziyyə), Qaraqoyun, Qaraquş, Qaraşor, Qaratəpə, Qaratəpə Şəbək, Qarayataq, Kəbərli, Kəhriz, Kələk, Kələtə, Kəprəsor, Qızfəxrə, Korqəriban, Minarə Şəbək, Müşərrəfiyə, Mühəlləbiyə, Ortaxarab, Ömərqan , Ömər Qayaçı, Rəşidiyə, Rəzzaqiyə, Səlamiyə, Seyyidlər, Şəbək, Şəmsiyyət, Şənnif, Şeyxəmir, Şiraxan (Aşağı və Yuxarı Şiraxan), Tahrava, Telaqub, Tərcilə, Tövfikiyə (Tofiqiyə), Tezxarab, Tilyara, Topraqziyarət, Topzava, Vərdək, Yarımca, Yengi, Bisatlı, Zəhraxatun, Zeynəlabidin .
Mosul şəhəri
Təlafər qəzası Təlafər qəzasının əhalisinin mütləq əksəriyyətini türkmanlar təşkil edir. Telafer şəhərinin əhalisi də daxil olmaqla qəzanın ümumi əhalisi 1976-cı ildə 132.845 nəfər, 1987-ci il siyahıyaalınması zamanı 235.015 nəfər, 2003-cü ilə olan rəsmi təxminə əsasən isə 300.878 nəfər olmuşdur. Qəza 3.039 km² ərazini əhatə edir.
Təlafər qəzası inzibati cəhətdən 4 nahiyyəyə ayrılır: Təlafər, Zimmər, Rəbiyyə və Ayadiya. Zimmər nahiyyəsi 1984-cü ildə yaradılıb, onun sahəsi 768 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 34.885 nəfər , 2007-ci ilin may ayına olan təxminə əsasən isə 142.080 nəfərdir (94.720 nəfəri türkman, 24.162 nəfəri ərəb , 23.198 nəfəri kürd olmaqla). Təlafər nahiyyəsinin sahəsi 2.271 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 200.130 nəfərdir. Telafer nahiyyəsinda bir dənə də olsa qeyri-türk yaşayış məntəqəsi mövcud deyildir. Bütün qəzada irili-xırdalı şəhər, qəsəbə və kəndlərin sayı 300-dür . Onların çoxunda türkmanlar əhalinin əksəriyyətini təşkil edirlər .
Qəzadakı bəzi böyük türkman kəndləri: Ağbuğa, Ağbulaq , Ağtəpələr, Antallav, Arpatəpə , Ankenni (Efkənni), Azzotəpəsi, Buxur, Cəddu, Cəgən Xarabi, Cubara, Cuma, Çordağtəpə, Çeliylilər, Tarrı (Tar, tarla deməkdir , Tarrı isə tarlalar), Damlamaca, Daşlıdərə, Dəvəboynu (2 kənd), Efkənli (bu kənd bucaq mərkəzidir), Fəqa, Hamra, Harala, Harna, Irfi, Qırmızı, Qızılquyu, Qızıl Par, Korquyu, Kubbuk, Quyu, Malvirən, Mistah, Miççə , Mühəlləbiyə , Sonbar, Səca, Sübhan (Sapan), Sualtı, Şeyx İbrahim, Purmu, Üçtəpələr.
Səncər qəzası Səncər qəzasının əhalisi 2003-cü il siyahıya almasına əasən 166,5 min nəfərdir. Qəzadakı nisbətən böyük türkman kəndləri : Meydanqulu, Sibate, Sino və Tellavi .
Kərkük eli Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya əsasən 839,121 nəfərdir .
Kərkük şəhəri: 1997-ci ildə aparılmış son rəsmi siyahıya almaya əsasən 370,661 nəfər əhalisi var. Tavuk qəsəbəsi Həvicə qəsəbəsi Altunköprü qəsəbəsi
Səlahəddin eli Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya əsasən 1,077,785 nəfərdir . Türkmanlar Səlahəddin elinin Tuzxurmatu elçəsinin şəhər , qəsəbə və kəndlərində məskunlaşıblar .
Tuzxurmatu elçəsi The Turkmen City of Tuz Khormatu Tuzxurmatu elçəsi 1952-ci ildə Kərkük elinin tərkibində təşkil edilib , 1976-cı ildə Kərkük elindən qoparılaraq Səlahəddin elinə birləşdirilib . Elçə inzibati cəhətdən Navcul, Amırlı və Süleymanbəy bucaqlarına ayrılır.