Səmərqənd klanı — İsmoil Jurabekovun başçılıq etdiyi özbək klanıdır.Collins, p. 255 Bu, Özbəkistanda mövcud iki əsas qruplaşmadan biri olub, əsas rəqibi Daşkənd klanıdır.Blagov, Sergei. Uzbek strongman under Russian attack . Asia Times. 13 March 2003. Accessed 24 June 2009. O cümlədən, əsas rəqiblər sırasında yer almayan Fərqanə klanı da rəqib hesab edilir. Keçmiş Özbəkistan Prezidenti İslam Kərimov da Səmərqənd klanına aid hesab olunurdu.Uzbekistan: Karimov Appears To Have Political Clans Firmly In Hand . RFE/RL. 31 August 2006. Accessed 24 June 2009.

Məlumat Müasir Özbəkistanda tayfalar artıq mövcud deyildir. Hazırkı klanlar ya ailə səviyyəsində, ya da milli səviyyədə fəaliyyət göstərirlər. Bugünkü "klan" termini Özbəkistanda əsasən dostluq və ya nikah əsaslı himayədarlıq şəbəkəsi mənasını daşıyır.Collins, p. 254 Bəziləri bu qruplaşmalara "fraksiya" deməyə üstünlük verirlər.Roy, p. 13

Sovet İttifaqının süqutundan etibarən Özbəkistan hökuməti qəbilə siyasətinin varlığını inkar etməyə çalışır.Sengupta, p. 285

Tarixi 1983-cü ildə Fərqanə klanını əvəzləyən Səmərqənd klanı Özbəkistanda hakimiyyətə gəldi.Roy, p. 128

Səmərqənd klanının rəhbəri İsmoil Jurabekov İslam Kərimovun hakimiyyətə gətirilməsində oynadığı rola görə "boz kardinal" kimi tanınır. Lakin 1993-cü ildən etibarən, Kərimov bu qruplaşmanın gücünü məhdudlaşdırmağa başladı. Kərimovun Səmərqənd klanını himayə etməsi digər klanlar arasında narazılıqlara səbəb olmuşdu və o, üsyanın qarşısını almaq üçün bu narazılıqları dayandırmağa çalışmışdı.Collins, p. 263

Sonrakı illərdə o, ölkədəki bütün klanların gücünü məhdudlaşdırmağa davam etdi. Jurabekov Kərimovun müşaviri oldu, lakin 2004-cü ildə Daşkənd klanının gücləndirilməsinə təşəbbüsə görə ona qarşı qaldırılmış cinayət iddialarından sonra hakimiyyətdən salındı.

Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zokir Almatov da səhhəti ilə əlaqədar 2005-ci ilin sonlarında istefa verdi.

Həmçinin bax Mərkəzi Asiya klanları Daşkənd klanı Cizzəx klanı

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Özbəkistan Kateqoriya:Mərkəzi Asiya Kateqoriya:Orta Asiya Kateqoriya:Klanlar