Olderni funtu () — Gernsi beylivikasının tərkibinə daxil olan Olderni adasının pul vahididir.

Olderni Hökuməti haqqında qanuna uyğun olaraq ada pul nişanlarının buraxılışı hüququna malikdir. Həmin valyuta adanın funtundan və Böyük Britaniyanın funt-sterlinq valyutasından ibarətdir.

Sikkələrin buraxılışı 1989-cu ildən başlanmışdır. Mis-nikel ərintisindən sikkələr kəsilir, həmçinin gümüşdən və qızıldan qəpiklər hazırlanır.

Olderni sikkələri yalnız kolleksiya sikkələri kimi buraxılır və mübadilədə faktiki olaraq istifadə olunmur.

Bir funt çox nadir əsginas kimi 1810-cu ildə Olderni Kommersiya Bankı tərəfindən buraxılmışdı. O nadir valyuta kimi dünya kağız pulunun standart kataloquna daxil edilmişdi. — "PS181. 1 pound. 26 December 1810. Black. Alderney coat of arms at left".

İstinadlar

Xarici keçidlər Монеты Олдерни на сайте Правительства Олдерни

Kateqoriya:Funt Kateqoriya:Olderni pulları Kateqoriya:Britaniya imperiyası pulları