Karen Vilhelmoviç Karapetyan (; ) — Ermənistan baş naziri (13 sentyabr 2016 – 9 aprel 2018), Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı (9 aprel-17 aprel 2018; 23 aprel 2018-ci ildən), İrəvanın keçmiş meri (2010–2011), hakim Ermənistan Respublika Partiyası tərəfindən Ermənistan baş nazirliyinə namizədliyi irəli sürülüb.
Tərcümeyi-halı 1970–1980 — İrəvan şəhər Lev Tolstoy adına 128 saylı orta məktəbində təhsil alıb. 1980–1985 — İrəvan Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsil alıb. 1989 — iqtisad elmləri namizədi elmi adını alıb. 1996–1998 — "Ermenerji" QSM baş direktorunun müavini. 1998–2001 — "Ermenerji" QSM baş direktoru. 2001 — "Ermrosqazprom" QSC baş direktoru. 2008 — Ereksimbank şurasının sədri. 17 dekabr 2010–28 oktyabr 2011 — İrəvanın meri. 2 dekabr 2011–2012 -"Qazprombank" sədrinin birinci müavini". 2012 — "Qazprommejregionqaz" ASC baş direktorunun birinci müavini. 2015 — "Qazpromenerjixoldinq" baş direktorunun beynəlxalq layihələr üzrı müavini.
Mənbə İrəvan meriyası АrmRosqazprom
İstinadlar
Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Ermənistan Respublikasının baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Ermənistan iş adamları