Mateuş Bartel (; doğ. 3 yanvar 1985) — Polşa şahmatçısı, qrosmeyster (2005). Bartel 2006, 2010, 2011 və 2012-ci illərdə Polşa Çempionatının qalibi adını qazanmışdır.
Şahmat karyerası Bartel şahmat oynamağı 6 yaşı olan zaman kiçik qardaşı ilə birlikdə suçiçəyi xəstəliyi səbəbindən evdə qalarkən atasından öyrənib. Sonradan onların hər ikisi "Poloniya Varşava" şahmat klubuna üzv yazılıblar.Interview with GM Mateusz Bartel Chessdom
O, 2003-cü ildə 18 yaşadək gənclər arasında Avropa Çempionu olub. 2005-ci ildə isə Zoltan Dimeşi ilə eyni xal toplamış və onunla birlikdə İrlandiyanın Kork şəhərində keçirilən açıq şahmat turnirinin qalibi olmuşdur.
Bartel 2007-ci ildə Men adasında keçirilən beynəlxalq turnirdə Vitali Qolod, Zahar Yefimenko, Yuri Yakoviç, Mixail Royz və Mixail Kobaliya ilə 1-6-cı yerləri bölüşdürüb.16th Monarch Assurance Isle of Man 2007 2009-cu ildə Prievidzada keçirilən turnirin qalibi olub. O, 2012-ci ilin fevralında 11-ci Aeroflot Open turnirində Anton Korobov və Pavel Elyanova tay-brekdə qalib gələrək turnirin qalibi olub.
Bartel 2013-cü ildə Çexiyanın "G-Team Nový Bor" komandasının tərkibində Yunanıstanın Rodos adasında keçirilən şahmat üzrə klublar arası Avropa kubokunun qalibi olub.
Bartel 2015-ci ildə Qüdsdə keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında bürünc medal qazanmışdır.
Bartel 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə ölkəsini Şahmat Olimpiadalarında təmsil edib. 2006-cı il Turin Olimpiadasında dördüncü lövhədə oynadı və 5/10 (+3 =4 -3) xal topladı.Poland's scoresheet 2006 Olimpbase 2008-ci il Drezden Olimpiadasında isə üçüncü lövhədə yarışdı və 4/7 (+3 =2 -2) xal topladı. 2010-cu il Xantı-Mansi Olimpiadasında beşinci lövhədə 9 oyundan 7 xal toplayaraq (+6 =2 -1) öz lövhəsində şəxsi nəticədə gümüş medal qazandı. Fransa şahmatçısı Sebastyan Fellerin qaydaları pozduğuna görə diskvalifikasiya olunmasından sonra isə avtomik olaraq qızıl medala layiq görüldü.2010 Board 5 Medals FIDE. 2015-11-09. Retrieved 25 December 2015
Şəxsi həyatı Bartel 2013-cü ildə polşalı qrosmeyster Marta Pjezdzetskaya ilə ailə həyatı qurub.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Mateuş Bartel. Chess-DB.com Mateuş Bartel . Chessgames.com Mateuş Bartel. 365Chess.com
Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Polşa şahmatçıları Kateqoriya:Varşavada doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları