Martin Miçel (5 sentyabr 1994) — Boliviyalı cüdoçu. Martin Miçel Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Miçel Boliviyanın olimpiyadalarda iştirak edən ilk cüdoçusudur.
Karyerası Martin Miçel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə Martin Miçel rəqibinə 0:110 hesabı ilə uduzdu.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular