Kristine Esebua () — Gürcüstanlı oxatan. Kristine Esebua Gürcüstanı 2004, 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Kristine Esebua birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistannın nümayəndəsi Reena Kumari ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 149:153 hesabı ilə uduzdu.
Kristine Esebua növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Pekində qatıldı. O, XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Yaponiyanın nümayəndəsi Yuki Hayaşi ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 111:110 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Yunanıstan təmsilçisi Elpida Romantziyə 111:112 hesabı ilə uduzdu.
Kristine Esebua özünün üçüncü Olimpiya Oyunlarına 2012-ci ildə Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çilinin nümayəndəsi Denisse van Lamoen ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 3:0 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Cənubi Koreya təmsilçisi Li Sung-Jinə 1:3 hesabı ilə uduzdu.
Kristine Esebua özünün dördüncü Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyrodə baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistannın nümayəndəsi Deepika Kumari ilə üz-üzə gəldi. Həmin görüşdə Kristine Esebua rəqibinə 4:6 hesabı ilə uduzdu.
Mənbələr
İstinadlar
Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2015 Avropa Oyunlarında oxatanlar