Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.http://yap.org.az/az/view/pages/5 Tarixi arayış
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə 70 nəfərlə, 2024-cü ildə isə 68 nəfərlə təmsil olunub.
2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Yeni Azərbaycan Partiyasının üzvlərinin 49,2%-i kişi, 50,8%-i isə qadın olmuşdur.
Tarixi
Yaradılması 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir.
Heydər Əliyev dövrü (1992–2003) Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinin ilk sayısı çapdan çıxmışdır.
Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
3 oktyabr 1993-cü il prezident seçkilərində Heydər Əliyev xalq tərəfindən prezident seçilmişdir.
12 dekabr 2003-cü ildə partiya sədri, prezident Heydər Əliyev vəfat etdi.
İlham Əliyev dövrü (2005—) alt=|thumb|200px|Yeni Azərbaycan Partiyasının Siyasi Şurası alt=|thumb|200px|2018-ci il fevralın 8-də baş tutan Yeni Azərbaycan Partiyasının VI Qurultayında İlham Əliyevin 2018-ci il aprelin 11-də baş tutan Prezident seçimlərində YAP-ın namizədi olması üçün baş tutan səsvermə zamanı 15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə çalan İlham Əliyev partiya sədrinin birinci müavini olaraq Heydər Əliyev vəfat etdikdən sonra partiyaya rəhbərlik etməyə başladı. 26 mart 2005-ci ildə YAP-ın III Qurultayı keçirildi və Prezident İlham Əliyev partiyanın rəsmi sədri seçildi.
15 oktyabr 2008-ci il, 9 oktyabr 2013-cü il və 11 aprel 2018-ci il tarixlərində İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşdirilməsi fikrini irəli sürmüş və təklifi YAP-a göndərmişdir. Lakin YAP birləşmədən imtina etmişdir.
5 mart 2021 tarixində 6 partiya tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına birləşdi. 2 oktyabr 2026-cı ildə VIII qurultay baş tutdu.
Mərkəzi təşkilat
Sədrlər SədrBaşlama tarixiBitmə tarixi1100x100px|Heydər Əliyev Heydər Əliyev22 oktyabr 199212 dekabr 2003 -100x100px|İlham Əliyev İlham Əliyev12 dekabr 200326 mart 2005226 mart 2005Hal-hazırda
İdarə Heyəti Əvvəllər 20 üzvdən ibarət olan İdarə Heyəti 5 mart 2021 tarixində keçirilmiş növbədənkənar qurultayda alınan qərarla 40 nəfərdən ibarət olmuşdur. #AdıPartiya vəzifəsi1İlham ƏliyevPartiya sədri2Mehriban ƏliyevaPartiya sədrinin birinci müavini3Tahir BudaqovPartiya sədrinin müavini; Mərkəzi Aparatın rəhbəri4Əli ƏhmədovPartiya sədrinin müavini5Ədalət MuradovİH üzvü6Amin İsmayılovİH üzvü7Anar İsgəndərovİH üzvü8Asif ƏsgərliİH üzvü9Aynur SofiyevaİH üzvü10Azər BadamovİH üzvü11Bahar MuradovaİH üzvü12Bayram AslanovİH üzvü13Cavid OsmanovİH üzvü14Əfsun SucayevİH üzvü15Eldar ƏzizovİH üzvü16Eldar İbrahimovİH üzvü17Elmar QasımovİH üzvü18Elnarə AkimovaİH üzvü19Elnur SadıqovİH üzvü20Elşad MirbəşiroğluİH üzvü21Fuad İbrahimovİH üzvü22Hikmət BabaoğluİH üzvü23Kamal CəfərovİH üzvü24Mixail ZabelinİH üzvü25Musa QuliyevİH üzvü26Mübariz QurbanlıİH üzvü27Pərvin KərimzadəİH üzvü28Ramin MəmmədovİH üzvü29Ramiz HüseynovİH üzvü30Rauf ƏliyevİH üzvü31Rəşad MahmudovİH üzvü32Rövşən BayramovİH üzvü33Sadiq QurbanovİH üzvü34Samir CəfərovİH üzvü35Şahin İsmayılovİH üzvü36Tahir MirkişiliİH üzvü37Tofiq CahangirovİH üzvü38Ülviyyə HəmzəyevaİH üzvü39Vazeh ƏsgərovİH üzvü40Vasif TalıbovİH üzvü; Partiyanın NMR Təşkilatının sədri
Veteranlar Şurası Yeni Azərbaycan Partiyasının VII Qurultayında 85 nəfərlik Siyasi Şura ləğv olunaraq əvəzinə 35 nəfərdən ibarət olan Veteranlar Şurası yaradılmışdır. Sədri Arif Rəhimzadə, sədr müavini isə Sədaqət Qəhrəmanovadır. #AdıPartiya vəzifəsi1Arif RəhimzadəVeteranlar Şurası sədri2Sədaqət QəhrəmanovaVeteranlar Şurasının sədr müavini3Ədalət FərəcovVŞ üzvü4Adilə AbbasovaVŞ üzvü5Akif ƏlizadəVŞ üzvü6Asif CahangirovVŞ üzvü7Əli HəsənovVŞ üzvü8Cəmil ƏliyevVŞ üzvü9Dilarə SeyidzadəVŞ üzvü10Əhliman ƏmiraslanovVŞ üzvü11Elbəy QasımzadəVŞ üzvü12Elman MəmmədovVŞ üzvü13Xeyrəddin QocaVŞ üzvü14İbrahim ƏzizovVŞ üzvü15İskəndər QuliyevVŞ üzvü16Kərim KərimovVŞ üzvü17Məmməd NəsirovVŞ üzvü18Misir MərdanovVŞ üzvü19Nurlana ƏliyevaVŞ üzvü20Ramiz MehdiyevVŞ üzvü21Rafiq MəmmədhəsənovVŞ üzvü22Rizvan CəbiyevVŞ üzvü23Sudeyf İmamverdiyevVŞ üzvü24Şahlar ƏsgərovVŞ üzvü25Tahir MəmmədovVŞ üzvü26Tahir RzayevVŞ üzvü27Urxan ƏləkbərovVŞ üzvü28Vahid NovruzovVŞ üzvü29Vilayət ƏliyevVŞ üzvü30Yaqub MahmudovVŞ üzvü31Zahid XəlilovVŞ üzvü32Hacıbala AbutalıbovVŞ üzvü33Tağı ƏhmədovVŞ üzvü34Şəmsəddin XanbabayevVŞ üzvü35Vaqif HüseynovVŞ üzvü36Tahir QuliyevVŞ üzvü
Qadınlar Şurası 1995-ci ildə qurulmuş partiyanın qadınlar təşkilatı rəsmi olaraq YAP Qadınlar Şurası adlanırdı. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 5 mart 2021-ci ildə keçirilən VII qurultayda ləğv olunmuş, əvəzində Mərkəzi Aparatın nəzdində Gender siyasəti şöbəsi yaradılmışdır.
Gənclər Birliyi
1995-ci ildə qurulmuş partiyanın gənclər təşkilatı rəsmi olaraq YAP Gənclər Birliyi adlanır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi VII qurultaydan sonra yenidən formalaşdırılmışdır. Hazırda Birliyin 30 nəfər üzvü var. Gənclər Birliyinin 11 mart 2021-ci il tarixli iclasında Bəxtiyar İslamov yeni sədr seçilmişdir.
Texniki baza alt=|thumb|200px|Yeni Azərbaycan Partiyasının Qərargahı 2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül prospekti 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Sergey Senyuşkin küçəsi 26 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi baş tutdu. Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatıldı.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün şəhər və rayonlarında, yəni Azərbaycanın 9 şəhərində və 63 rayonunda qərargahları mövcuddur.
Seçki nəticələri
Milli Məclis SeçkiSədrMajoritarProporsionalCəmiSəs%±MandatSəs%±Mandat1995 100x100px|Heydər ƏliyevHeydər Əliyev — 2,228,43562.7— 2000 1,809,801 62.31 0.39 2005 100x100px|İlham Əliyevİlham Əliyev 2010 1,110,885 46.48 2015 1,340,47047.20 0.72 2020 2024
Ara seçkilər Seçki Sədr Səs Mandat # % 1995 Heydər Əliyev 4 fevral 1996 18 fevral 1996 iyul 1996 iyul 1998 avqust 1998 fevral 1999 40 548 66.27 may 1999 yanvar 2001 noyabr 2001 24 959 46.57 2002 2003 2004 İlham Əliyev 2006 2016 19 674 85.6
Ali Məclis SeçkiSədrNəticəSəs%±Mandat1995 Heydər Əliyev — 2000 2005 İlham Əliyev 2010 2015 2020
Bələdiyyə SeçkiSədrNəticəSəs%±Mandat1999Heydər Əliyev—2004İlham Əliyev2009İlham Əliyev20142019 Seçkilərdə qalib gəlmələrinə baxmayaraq müxalifət tərəfindən dəfələrlə saxtakarlıqda ittiham olunublar
Rəmzləri Yeni Azərbaycan Partiyasının rəsmi rəmzinin təsviri belədir:
Ağ bayrağın ortasında göy rəngdə dəfnə ağacı var. Dəfnə ağacının ortasında qızılı rəngdə 8 guşəli ulduz var. Dəfnə ağacı Azərbaycanın zəngilnliyini, rifahını, xoşbəxtliyini və azadlığını rəmzidir Ulduzun daxilində göy rəngdə YAP yazılıb.
Qeydlər
İstinadlar
Xarici keçidlər İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Azərbaycandakı mühafizəkar partiyalar Kateqoriya:Azərbaycandakı milliyyətçi partiyalar Kateqoriya:Sağ mərkəzçi partiyalar Kateqoriya:1992-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:22 noyabrda yarananlar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan irredentizmi