Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:İrəvanda doğulanlar