Vitali Yuryeviç Borisov (; ) — Azərbaycan milli futzal komandasının baş məqçisi. O, oyunçu kimi karyerasında Azərbaycan milli minifutbol komandasıНациональная сборная команда Азербайджана по футзалу və Azərbaycan milli çimərlik futbolu komandasının hücumçusu kimi çıxış etmişdir.
Futbolçu karyerası
Klub Vitali Borisov minifutbolçu karyerasının böyük hissəsini Azərbaycan minifutbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu minifutbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir.
2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli minifutbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir.
2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir. № Klub Ölkə Dövr 1 Anqloyl MFK (Bakı) 01.01.2000–25.06.2000 2 Tribut MFK (Bakı) 25.07.2000–25.06.2002 3 Ədliyyə Bakı 05.01.2003–05.01.2004 4 Araz-Naxçıvan MFK 20.01.2004–25.06.2004 5 Asfarma MFK (Bakı) 15.08.2004–15.07.2005 6 Araz-Naxçıvan MFK 25.07.2005–05.01.2008 7 Dina MFK (Moskva) 10.01.2008–15.06.2009 8 Araz-Naxçıvan MFK 25.07.2009 — h.h.
Məşqçilik karyerası 2021-2022-ci illərdə "Neftçi" idman klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
5 iyun 2023-cü ildə Borisov "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi təyin olunub. 16 iyunda isə o, həm də Azərbaycanın milli futzal komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Nailiyyətləri
Klublarda
Çempionat 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı. 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının gümüş mükafatçısı. 2002-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi. 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi. 2005-ci il — Asfarma MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı. 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi. 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
Kubok 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi. 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi. 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi..
Millidə thumb|left
İstinadlar
Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan futzalçıları Kateqoriya:Azərbaycan minifutbolçuları Kateqoriya:Rusəsilli azərbaycanlılar