Don Juan gölü () — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir.
Tarixi Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güclü küləklər gölə böyük təsir göstərir. Don-Juan gölü ətrafda -53 °C şaxta olduğu zaman belə donmur. −51,8 °C temperaturada suyun tərkibi 413 q/l CaCl və 29q/l NaCl təşkil edir.
Duzluluq 40,2 % təşkil edir. Halbuki Ölü dənizdə suyun duzluğu 33,8 %. təşkil edir.
Don-Juan gölünün araşdırılması nəticəsində suyun güclü azotlaşmaya məruz qaldığı müəyyənləşmişdir. Göldə heç bir canlı aşkarlanmamışdır. Bu tip göllər Marsda belə aşkarlana bilər.
İstinadlar
Mənbə Установлен новый небиологический способ получения парникового газа Research in Antarctica reveals non-organic mechanism for production of important greenhouse gas Ginness. Dünya rekordları 2005. — М.: ООО «Astral mətbəsi», 2004. — 57
Kateqoriya:Antarktida gölləri Kateqoriya:Axarsız göllər Kateqoriya:Duzlu göllər Kateqoriya:Viktoriya Torpağı